1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Coca-Cola”nın Yeni il karvanı insanlara bayram sevinci gətirir
26.12.2018

Bakı, FinanceTime.  “Coca-Cola” şirkəti uzun illərdir davam edən ənənəsinə sadiq qalaraq, bu il də Yeni il karvanı ilə insanlara bayram ab-havası bəxş etmək üçün Azərbaycanın müxtəlif bölgələrinə yola düşüb.

Yeni il dekorasiyaları ilə bəzədilmiş “Coca-Cola” maşınlarından ibarət bayram karvanı Şaxta Baba və canlı musiqi proqramı ilə birlikdə Azərbaycanın 10 şəhərini ziyarət edəcək. Yeni il karvanı ölkəmizin müxtəlif bölgələrinə səfər edərək mərkəzi küçə, meydan və parklarda insanlara əyləncəli proqram təqdim edəcək.Artıq bir Şəki, Mingəçevir, Gəncə, Bərdə, Masallı şəhərlərindən keçən karvan növbəti ilin yanvar ayının 2-dək ölkə səyahətini davam edəcək.

“Yeni il dünyada milyonlarla insanı birləşdirən, hamımız üçün ən sevilən bayramlardan biridir. Bu bayrama insanlar xüsusi olaraq hazırlaşır, ləziz yeməklər bişirir, qonaq dəvət edir və şənlik edirlər. “Coca-Cola” dünyanın bir çox ölkəsində Yeni il karvanı vasitəsilə əhalini bayram münasibətilə təbrik edir. Biz də “Coca-Cola” olaraq xalqımızın bayram əhval-ruhiyyəsinə sevinc qatmaq üçün ölkəmizin müxtəlif bölgələrinə Yeni il karvanı yolladıq. “Coca-Cola” ailəsi adından hər kəsi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılıarının Həmrəyliyi Günü munasibətilə təbrik edir, xalqımıza firavanlıq arzulayıram”, - deyə “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib. 

Builki karvan “Bir yaxşılıq et” şüarı altında hərəkət edir. Bu şüar insanları həmrəyliyə, mehriban olmağa, xeyirxahlığa və köməyə ehtiyacı olanlara yardım etməyə səsləyir. Onu da qeyd etmək lazımdır ki, “Coca-Cola”nın Yeni il karvanı ziyarət etdiyi şəhər və rayonlarda “ASAN xidmət” mərkəzlərində çalışan könüllülərə də baş çəkərək onların bayramlarını təbrik edib, vətəndaşlara dəstək olduqları, həmçinin,“Coca-Cola” şirkətinin dəstəklədiyi müxtəlif sosial layihələrdə fəal iştirak etdikləri üçün könüllülərə xüsusi diqqət ayırıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment