1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in dəstəyi ilə “Barama Regional Sahibkarlıq Konfransı" baş tutub
26.12.2018

Bakı, FinanceTime. "Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə sahibkarlığın inkişafı, həmçinin uğurlu biznes mühitinin yaradılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Gənc startapçılara yardımçı olmaq məqsədilə indiyə qədər çoxsaylı layihələr həyata keçirən Mərkəz bu dəfə Gəncə şəhərində Azercell və PAŞA Bankın sponsorluğuAzərbaycan Texnologiya Universitetinin (UTECA) təşkilatçılığı ilə 25 dekabr 2018-ci il tarixində “Barama Regional Sahibkarlıq Konfransı"nı həyata keçirib. Konfransın təşkil olunmasında məqsəd - uğur qazanmış peşəkarlara öz bilik, bacarıq və təcrübələrini tələbələrlə paylaşmaq imkanı yaratmaq, gələcəkdə biznes sahəsi üzrə mütəxəssis olmağı planlaşdıran gənclərə maraqlı və faydalı məlumatlar ötürməkdən ibarət olub. Konfransda İmran Bağırov, Fədai Əfəndiyev, Tural Abbasov, Məmməd Kərimov və Fərrux Rəhimov məruzəçi qismində iştirak ediblər. Məruzələr “Müasir təhsil texnologiyaları və onların tətbiqi”, “4-cü texnoloji inqilab və innovasiyalar”,“Startap inkişafının 5 mərhələsi”, “Biznes üçün investisiya almağın yolları”, “Gələcək üçün bu gün nə etməli?”, “Özünə inam və motivasiya”, “Aqrar sahədə innovativ həllərin tətbiqində aqroparkların rolu” və digər mövzuları əhatə edib.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Gəncədə fəaliyyət göstərən startaplara yardım etmək məqsədilə indiyə qədər bir çox layihələr reallaşdırıb. PAŞA Bankın dəstəyi ilə Gəncə şəhərində Barama İnnovasiya və Sahibkarlıq mərkəzi də fəaliyyət göstərir. Mərkəzin açılmasında əsas məqsəd gənclərin innovativ ideyalarının reallaşdırılmasına dəstək olmaq, startap mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, gənclər tərəfindən müxtəlif mövzularda layihələrin yaradılmasına yardımçı olmaq və Barama Mərkəzinə layihələrini təqdim etməsinə imkan yaratmaqdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment