1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in dəstəyi ilə məktəblilərimizin daha bir uğuru
24.12.2018

Tbilisidə informatika fənni üzrə Beynəlxalq Olimpiadada komandamız ikinci olub

Bakı, FinanceTime. Gürcüstanın paytaxtı Tbilisidə keçirilən məktəblilərin informatika fənni üzrə Beynəlxalq komanda olimpiadasında şagirdlərimiz ölkəmizi layiqincə təmsil ediblər. Yarışda Cənub regionu üzrə 2-ci yerə layiq görülən komandamız Beynəlxalq komanda olimpiadasının üçüncülük diplomu ilə mükafatlandırılıb. Cənub regionu üzrə 19 komandanın yarışdığı olimpiadada Azərbaycanı Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri Abutalıb Namazov, Murad Eynizadə və İbrahim Tağızadə təmsil edib.

Məktəblilərimizin uğur qazanmasında “Azercell Telekom” MMC-nin də böyük rolu olub. Belə ki, məktəblilər yarışa Respublika Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində Təhsil Nazirliyi və “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə hazırlaşıblar. Məşğələlərdə şagirdlərin olimpiadalara hazırlıq prosesinin stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün mərkəz tərəfindən hər tərəfli şərait yaradılıb. Qeyd edək ki, müsabiqədə iştirak etməkdə məqsəd 2019-cu ildə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının (İOİ) hazırlıq planına uyğun olaraq, şagirdlərimizin bilik səviyyələrini müəyyənləşdirmək, təcrübələrini artırmaq və hazırlıq prosesini daha da intensivləşdirmək idi.2019-cu ildə ölkəmizdə təşkil olunacaq Beynəlxaq İnformatika Olimpiadasında dünyanın 80-ə yaxın ölkəsindən 300-dən çox şagirdin iştirakı gözlənilir. Məlumat üçün bildirək ki, Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilin və gələcəyimiz olan uşaqların inkişafına yönəlik layihələri ilə hər zaman seçilən “Azercell Telekom” MMC oktyabr ayında Yaponiyanın elm və texnologiya mərkəzlərindən biri olan Tsukuba şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi təmsil edən məktəblilərə də dəstək olmuşdu.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment