1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in Barama Mərkəzindən “Mayak” layihəsinə dəstək
21.12.2018

“İdeyadan Biznesə” layihəsinin final turunda çıxış edən startapa öz fəaliyyətini uğurla davam etdirməsi üçün Barama Mərkəzi yardımçı qismində çıxış edir

Bakı, FinanceTime. Ölkəmizdə biznes sahəsində yeniliklərə təkan verməyə, rəqəmsal dünya və sahibkarlıq ekosistemini inkişaf etdirməyə yönəlmiş layihələrdə iştirak edən “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir startapa dəstək olur. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə həyata keçirilən “İdeyadan Biznesə” layihəsinin final turunda çıxış edən “Mayak” layihəsinin öz fəaliyyətini uğurla davam etdirməsi üçün Barama Mərkəzi yardımçı qismində çıxış edir. Mərkəzdə startap komandasına xüsusi yer ayıran Barama rəhbərliyi layihə yaradıcılarını İnkubasiya proqramına da dəvət edərək, mərkəz tərəfindən təşkil olunan bütün tədbir və təlimlərdə iştirakını təmin edib. Dekabrın 21-də Azercell şirkətininəməkdaşları, “YT Park”ın nümayəndəsi “Mayak” layihəsinin yaradıcıları ilə görüşüblər, Azercell şirkətinin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya, Barama Mərkəzinin rəhbəriİ. Bağırov,“İdeyadan Biznesə” layihəsində, eləcə də “Bakutel” sərgisində uğurlu iştirakına görə komandanı təbrik edib, onlara hədiyyələr təqdim ediblər.

Məlumat üçün bildirək ki, “Mayak” layihəsinin məğzi gəncləri təhsil sferasındakı yeniliklər barədə məlumatlandırmaq, eləcə də qrantlar, təqaüd, təcrübə və könüllülük proqramları, layihələr, təlimlər, konfranslar, tədris kursları haqqında informasiyaları portal vasitəsi ilə topluma çatdırmaqdır.

Qeyd edək ki, əsas məqsədi startapçıların öz bizneslərini qurmasına, müasir xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək etmək olan Barama Mərkəzi 2015-ci ildən etibarən ölkənin aparıcı şirkətlərindən biri olan PAŞA Bank tərəfindən dəstəklənir. İlk biznes inkubatoru olan Baramada 9 il ərzində 80-dən çox layihə fəaliyyətə başlayıb ki, onlardan 20-si hazırda müstəqil şirkətlərdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment