1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta Yeni il münasibətilə “Uğur çarxı” hədiyyə kampaniyasına start verir
21.12.2018

Bakı, FinanceTime. PAŞA Sığorta şirkəti qarşıdan gələn Yeni il münasibətilə könüllü avtomobil sığortası (KASKO)üzrə“Uğur Çarxı” adlı hədiyyə kampaniyası elan edir.

Yanvarın31-dək PAŞA Sığortadan KASKO könüllü avtomobil sığortası əldə edəcəkmüştərilər kampaniyadan faydalanaraq şirkətdən Yeni il hədiyyəsi qazanacaqlar. Beləliklə, minimal 450 AZN sığorta haqqı iləKASKO sığortası əldə edən hər bir fərdi müştəri uğur çarxı vasitəsilə təsadüfi qaydada hədiyyə əldə edəcək. Bunun üçün müştərilərə xüsusi onlayninterfeys təqdim ediləcək və burada onlar uğur çarxını fırladaraq təsadüfi qaydada seçilən hədiyyəyə sahib olacaqlar.

Kampaniyanın şərtlərinə əsasən 450-2500 AZN sığorta haqqına malik KASKO müştəriləri üçün çarxın üzərində 100 AZN nominallı Azpetrol, Sabina Perfumery&Cosmetics, Maxi.az, Bravo, MyBrands hədiyyə kartları, MarxalResort&Spa Hotelində 2 nəfərlik gecələmə və avtomobil üçün video-qeydiyyat cihazı yer alacaq. Sığorta haqqı 2500 AZN-dən yüksək olan müştərilərə təqdim ediləcək çarxın üzərində isə təsadüfi seçim üçün 200 AZN nominallı Azpetrol, Sabina Perfumery&Cosmetics, Maxi.az, Bravo, MyBrands hədiyyə kartları, MarxalResort&Spa Hotelində 2 gecəlik qalma, avtomobil üçün video-qeydiyyat cihazı + bluetooth qarnitur yerləşdiriləcək.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz. 

Sığorta məhsulları barədə ətraflı məlumatı www.pasha-insurance.az saytından əldə edə bilərsiniz.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment