1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank və "ASAN Məktub" cəbhəyanı kəndin uşaqlarını sevindirdi!
18.12.2018

AccessBank növbəti dəfə "ASAN Məktub" layihəsinə dəstək verib.

Bakı, FinanceTime. Bank bu dəfə Qazax rayonunun cəbhəyanı kəndi olan Cəfərlidə 150-yə yaxın kiçik ürəklərə sərhədsiz sevinc bəxş etdi. Belə ki, adıçəkilən kəndin kiçik sakinləri öz arzulаrını www.asanmektub.az saytında yerləşdirib. Onlar əsas istəkləri kimi isti qış paltarı, ayaqqabı, gödəkcə, məktəb ləvazimatları qeyd edib. AccessBank isə uşaqların arzularını yerinə yetirməklə kifayətlənmədi, onlara əsl bayram ab-havası yaşatdı. Hədiyyələri balacalara Şaxta baba təqdim etdi. Elə Şaxta babanın da iştirakı ilə keçirilən əyləncə proqramı isə kənd sakinlərinin sevincinə sevinc qatdı, tədbirə qatılan hər bir uşağa oyuncaqlar hədiyyə olundu.

AccessBank-ın PR meneceri İlkin Əhmədov: "Ənənəvi olaraq sevə-sevə "ASAN Məktub" layihəsinə qoşulduq və gələcəyimiz olan balacaların arzularını gerçəkləşdirdik. Xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqların diqqət mərkəzində saxlanılması AccessBank-ın Korporativ Sosial Məsuliyyətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, həm də bizim vətəndaş borcumuzdur. Belə bir fikir var ki, uşaqlar dünyanın sevincidir. Dünyanın sevincinə sevinc qatmaq bizi sonsuz sevindirir".

Xatırladaq ki, bundan öncə AccessBank "ASAN məktub" layihəsi çərçivəsində Lənkəran rayonunun Boladi kəndindən olan uşaqların arzularını reallaşdırıb. Bank bundan sonra da sözügedən layihəyə dəstək verəcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment