1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” tələbələr üçün yeni iş imkanları təklif edir
17.12.2018

Bakı, FinanceTime.   “Nar” tələbələrin öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək məqsədilə gənclərə dəstək olub. Mobil operator Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan 1-ci Karyera Sərgisində iştirak edib. Gənclərin karyera qurmalarına dəstək məqsədilə keçirilən sərgidə “Nar” biznesin təhlili üzrə mütəxəssis, media əlaqələri üzrə mütəxəssis, eyni zamanda məhsulların inkişaf etdirilməsi üzrə aparıcı mütəxəssis və korporativ satış üzrə mütəxəssis vəzifələrinə sənəd qəbulu təşkil edib. Dekabrın 14-ü keçirilən sərgidə Azerfon MMC (“Nar” ticarət nişanı) ilə yanaşı, 70-dən çox şirkət iştirk edib.1500-dək tələbə və məzunun iştirak etdiyi sərgidə “Nar” stendinə maraq böyük olub.

Qeyd edək ki, sərgi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə “Karyerada ilk addım” şüarı altında keçirilib. Sərginin keçirilməsinin əsas məqsədigənclərin məşğulluğunun artırılması, iş təcrübəsi olmayan gənclər üçün karyera fürsəti yaratmaq, məşğulluq bacarıqlarını inkişaf etdirməklə onların iş imkanlarını genişləndirməkdir.

Qeyd edək ki, gənclərə dəstək “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. “Nar” AzTU ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün “Mobil rabitənin əsasları” mövzusunda təlimlər keçirib. 2016-ci ildə Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıqmüqaviləsinə əsasən universitetdə “Nar” GSM laboratoriyası yaradılıb. Müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada tələbələr mobil rabitə üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanırlar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment