1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir
15.12.2018

Xeyriyyə yarmarkasından toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək

Bakı, FinanceTime. 6 ildir ki, yeni il ərəfəsində “Nargis Fund” tərəfindən keçirilən və xoş bir ənənəyə çevrilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası bu il də yüzlərlə uşağı sevindirəcək. Yanvar ayının 6-dək davam edəcək bu xoş məramlı tədbirə fəaliyyəti boyunca gələcəyimiz olan uşaqların müdafiəsi, eləcə də onların hüquqlarının qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirən “Azercell Telekom” MMC də öz dəstəyini əsirgəməyib. Şirkət yarmarkada quraşdırılmış stendindən smartfon əldə edən müştəriləri hədiyyə ilə sevindirəcək. Belə ki, abunəçilər öz istəklərinə uyğun olaraq 1000 şəbəkədaxili dəqiqə və ya 1 aylıq limitsiz internet əldə edə biləcəklər.

"Amapola Exclusive Events" şirkətinin təşkilatçılığı ilə baş tutan xeyriyyə yarmarkası bu il öz konsepsiyasına görə əvvəlkilərdən daha fərqli və yaddaqalan olacaq. Fəvvarələr meydanında qurulmuş 47 evcikdən hər kəs Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər və s. əldə edə, kiçik rahat kafelərdə çay, kofe, eləcə də digər isti və ya soyuq içkilərdən içə, müxtəlif təamlardan dada bilər. Xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini isə əyləncəli proqramlar, maraqlı tədbirlər və sponsorlardan hədiyyələr gözləyir. Məlumat üçün bildirək ki, “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri nargisfund.com saytından, eləcə də fondun rəsmi sosial şəbəkə resurslarından əldə etmək olar.

Qeyd edək ki, 22 illik fəaliyyəti ərzində Azercell uşaqlarla bağlı “De! Dildən-dilə, eldən-elə” şeir və hekayə müsabiqəsini, “Çək!” asfalt üzərində rəsm yarışını, “Hər uşağın ailəyə ehtiyacı var”, “Onlar da hədiyyə gözləyirlər...”, “Uşaq Qaynar xətti”, “Uşaq Paralimpiya Komitəsini”, “Mobil Diş Klinikası”, “Mobil Göz Klinikası”, “Uşaq Qaynar xətti”, uşaqların İnternet şəbəkəsindən təhlükəsiz istifadəsi üçün “Universal Müdafiə”, “Android üçün müdafiə”, “Valideyn müdafiəsi” xidməti və s. kimi maraqlı layihələr həyata keçirib. Uşaq hüquqlarının qorunması və onların müdafiəsi ilə bağlı həyata keçirdiyi layihələri ilə hər zaman seçilən şirkət bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment