1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək
15.12.2018

Bakı, FinanceTime. Estoniya hökumətinin təşəbbüsü ilə yaradılmış Startap Estonia və “Garage 48” Akselerasiya Mərkəzinin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olub.

Qonaqlara mərkəzdə fəaliyyət göstərən Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzinin fəaliyyəti, həmçinin mərkəzin rezidenti olan startaplarla bağlı ətraflı məlumat verilib.

Daha sonra tərəflər arasında əməkdaşlıq memorandumları imzalanıb.

Əməkdaşlıq memorandumları yerli texnologiya startapları üçün sahibkarlığa dəstək ekosisteminin və tərəflər üçün müvafiq regionda investor imkanlarının yaradılmasını, inkişaf etdirilməsini, inkubasiya və akselerasiya proqramlarının effektiv mübadiləsini, yerli və xarici investorları cəlb etmək üçün məlumat mübadiləsinin aparılmasını və bu kimi digər qarşılıqlı razılaşdırılmış tədbirlərin görülməsini özündə ehtiva edir.

“Startap Estonia” Mərkəzi ilə imzalanmış memorandum çərçivəsində əldə olunmuş razılığa əsasən, “Startap Estoniya Vizası” proqramına daxil olmuş regional müraciətlərin ilkin qiymətləndirilməsi Azərbaycanda həyata keçiriləcək. Belə ki, Rusiya, Gürcüstan, Monqolustan, İran, Əfqanıstan kimi regional ölkələrdən müvafiq proqrama müraciət edəcək startaplar ilkin olaraq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən qiymətləndiriləcək. Yalnız ilkin mərhələni uğurla başa vurmuş startaplar proqramın növbəti mərhələsinə keçid ala biləcək. Bu isə ölkəmizə regional startapçıların və layihələrin cəlb edilməsində, startap ekosisteminin uğur potensialının artırılmasında böyük rol oynayacaq.

“Startap Estoniya Vizası” proqramı 2017-ci ildə Estoniya Startap Komitəsi və Estoniyanın Daxili İşlər Nazirliyinin birgə təşəbbüsü ilə yaradılıb. Proqramın əsas məqsədi Avropa Birliyinə daxil olmayan ölkələrdə fəaliyyət göstərən uğurlu startapçıların və layihələrin Estoniyaya gəlməsini asanlaşdırmaqdır. Belə ki, “Startap Estoniya Vizası” proqramına müraciət etmiş və uğurlu hesab edilmiş startapçılara xüsusi kod verilir ki, bu kod vasitəsilə müraciətçi və onun komanda yoldaşları Estoniyada 5 ilə qədər yaşama icazəsi ala bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment