1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ASK-nın Baş katibinin müavini Özbəkistanda BƏT-in beynəlxalq konfransında iştirak edib
14.12.2018

Bakı, FinanceTime.  Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş katibinin müavini Fuad Hümbətov 14 dekabr 2018-ci il tarixində  Özbəkistanın paytaxtı Daşkənd şəhərində səfərdədir. Səfər çərçivəsində F. Hümbətov Daşkənddə keçirilən 3 beynəlxalq tədbirlərdə iştirak etmişdir.

İlk tədbir Özbəkistan hökuməti və Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dünyanın 10 ölkəsindən olan sosial tərəfdaşların iştirakı ilə təşkil edilmiş “Əmək sferasının gələcəyi: BƏT-in 100 illiyi astanasında layiqli əməyin təyin edilməsi üzrə təşəbbüslər” adlı beynəlxalq konfransdan ibarət olmuşdur. Tədbirdə Özbəkistanın Baş naziri Abdulla Aripov, BƏT-in Baş katibi Qay Rayder, digər rəsmi şəxslər və sosial tərəfdaşların nümayəndələri iştirak ediblər.

Konfransın gedişatı zamanı ASK Baş katibinin müavini Fuad Hümbətov BƏT-in baş direktoru Qay Rayderlə, Özbəkistan Ticarət və Sənaye Palatası sədri Adham İkramov, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Adem Kula, Türkmənistan Ticarət və Sənaye Palatası sədrinin müavini Dövletgeldi Recepov, Qırğızıstan Ticarət və Sənaye Palatasının sədri Marat Şarşekeyev və digər rəsmi şəxslərlə görüş keçirmişdir. Cənab Q. Rayderlə görüş zamanı ASK prezidentinin salamları şəxsən çatdırılmışdır. BƏT-in Baş direktoru bu ilin may ayında Azərbaycanda  yüksək səviyyədə təşkil edilmiş analoji konfransdan memnunluğunu ifadə etmiş, işəgötürənlər təşkilatlarının bir çox ölkələrdə rolunun yüksəldiyini bildirmişdir.

Türkmənistan Ticarət və Sənaye Palatası sədrinin müavini D.Recepov bu ilin dekabr ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkmənistana səfəri zamanı imzalanmış mühüm sənədlərin ölkələrimiz arasında iqtisadi əməkdaşlığa böyük təkan verəcəyinə əmin olduğunu söyləmiş, yaxın vaxtlarda Bakıda Türkmənistan Ticarət Evinin açılmasında ASK-nın da yaxından iştirak etməsi xəbərindən sevindiyini ifadə etmişdir. O, açılışa Türkmənistandan mütləq biznes nümayəndə heyətinin səfərinin təşkil ediləcəyinə söz vermişdir.

Digər iki beynəlxalq tədbir, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İşçi qrupunda iştirak və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatası ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası arasında Əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması olmuşdur.

Beynəlxalq Konfransda AR hökumətini ƏƏSM nazirinin müavini Mətin Kərimli təmsil etmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment