1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“GƏNC İNVESTOR” III simulyasiya yarışı keçiriləcəkdir
06.12.2018

Bakı, FinanceTime. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə 7 dekabr 2018-ci il tarixdə “İNKİŞAF Bİ(R)LİKDƏDİR!” devizi altında birja ticarəti üzrə “GƏNC İNVESTOR” III simulyasiya yarışı keçiriləcəkdir.

Birja ticarəti üzrə simulyasiya yarışı “praktiki təhsil” konsepsiyasının modellərindən biridir. Simulyasiya yarışında qiymətli kağızlar bazarında müxtəlif situasiyalar modelləşdirilir və iştirakçılara – müddət, qiymət, risk və qərarların qəbul etmək bacarıqları öyrədilir.   

Yarışın keçirilməsində məqsəd - fond birjalarının fəaliyyəti ilə gəncləri tanış etmək, qiymətli kağızların (səhm və istiqrazların) alqı-satqı prosesinin aparılması və investisiya şirkətlərinin vasitəçilik funksiyalarını gənclərə öyrətmək, biznes sahəsində tələbələrin kommunikativ bacarıqlarını inkişaf etdirməkdir.

4 nəfərdən ibarət olmaqla 20 komandanın yarışda iştirakı planlaşdırılıb. Yarış 2 vacib və ardıcıl mərhələdən ibarətdir: 1) master-klass təliminin keçirilməsi və 2) birja simulyatoru ilə əməliyyatların aparılması. Yarış prosesində maliyyə bazarında baş verə biləcək hadisələr modelləşdiriləcək və komandalar qiymətli kağızlarla əməliyyat apararaq virtual gəlirlərini artıracaqlar. Yekunda virtual gəlirin məbləğinə əsasən ən çox gəlir əldə etmiş ilk üç komanda birinci, ikinci və üçüncü yerlərin qalibləri elan ediləcəklər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Media nümayəndələrini 7dekabr 2018-ci il tarixdə saat 10.30-da “Landmark” mehmanxanasının “Rotunda” zalında keçiriləcək yarışda iştirak etməyə dəvət edirik. Ünvan: Bakı şəhəri, Nizami küçəsi 90 A.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment