1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Mastercard”və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər
05.12.2018

Baki, FinanceTime. Yaxın günlərdə qlobal ödəniş texnologiyaları sahəsinin lideri sayılan “Mastercard” şirkəti Azərbaycanda rəqəmsal ödəniş həlli olan “Masterpass” platformasını təqdim edib. “Masterpass”dan istifadə edərək EPUL portalında 5 AZN və daha çox məbləğdə kommunal və mobil ödəniş edərkən 3 AZN məbləğində endirim qazanmaq mümkündür.

“Masterpass”la bir toxunuşla və təhlükəsiz ödəniş etmək üçün ayrıca bir mobil tətbiq yükləməyə, istifadəçi adı və ya şifrə daxil etməyə ehtiyac yoxdur. İlk olaraq EPUL saytında (www.e-pul.az) və ya mobil tətbiqdə həsaba daxil olmaq, daha sonra isə ödəniş üsulunu seçib, kart məlumatlarını daxil etdikdən sonra “Mən kartımı “Masterpass”a əlavə etmək istəyirəm” seçimini etmək və “Ödəniş et” düyməsini basmaq gərəkdir. Bu son mərhələ ilə ödəniş başa çatır və kart“Masterpass”a əlavə edilir. EPUL saytında növbəti dəfə ödəniş edilən zaman istifadəçinin qeydiyyatdan keçirdiyi kartlar avtomatik olaraq görünəcək.

Bundan başqa, “Masterpass” istifadəçiləri EPUL platfromasında ödəniş edərkən 3 AZN qənaət edə biləcəklər. Endirimdən faydalanmaq üçün “Mastercard”/”Maestro” kartlarını EPUL saytında və ya tətbiqində “Masterpass”da qeydiyyatdan keçmək lazımdır. Yalnız bundan sonra 5 AZN və daha çox məbləğdə kommunal və mobil ödəniş edərkən 3 AZN məbləğində endirim qazanmaq mümkündür.

“2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən “Nağdsız Azərbaycan” layihəsinə dəstək məqsədilə innovativ rəqəmsal həllimiz olan “Masterpass”ı Azərbaycanda təqdim etməkdən məmnunuq. “Masterpass” sürətlidir, çünki hər bir ödənişdə kart məlumatınızı daxil etməyə ehtiyac qalmır, o, həmçinin, təhlükəsizdir, çünki “Mastercard”ın dünya üzrə qəbul edilmiş təhlükəsizlik standartları əsasında qurulub. İnanırıq ki, bu rəqəmsal həll bizim kart sahiblərimiz üçün faydalı olacaq və onların gündəlik həyatlarını asanlaşdırmağa kömək edəcək. Məqsədimiz innovativ qlobal həllərimizi Azərbaycanda təqdim etməklə bir dəyər yaratmaq və Azərbaycanı rəqəmsal ödənişlər sahəsində regional liderə çevirmək missiyasına öz töhfəmizi verməkdir”, - deyə “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.

 

“Masterpass” haqqında:

“Masterpass” platforması “Mastercard”ın qlobal olaraq təqdim etdiyi, bir toxunuşla sürətli və təhlükəsiz ödəniş həllidir. “Masterpass”la kart məlumatları təhlükəsiz şəkildə “Mastercard” tərəfindən “Masterpass”da yadda saxlanılır. Kart məlumatları “Masterpass”a sadəcə bir dəfə daxil edilir və bundan sonra hər ödəniş zamanı məlumatı yenidən daxil etməyə ehtiyac qalmır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment