1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AİB rəsmisi "UNEC Business English Conversation Club" iştirakçıları ilə öz təcrübəsini bölüşüb
30.11.2018

Baki, FinanceTime. AccessBank-ın Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) reallaşdırdığı "UNEC Business English Conversation Club" layihəsinin növbəti sessiyasının qonağı Asiya İnkişaf Bankının (AİB) Bakı ofisinin baş iqtisadçısı Nail Vəliyev olub.

Qonaq tələbələrə AİB-in üzv ölkələrdə, o cümlədən Azərbaycandakı fəaliyyətindən danışıb. Onun sözlərinə görə, dünyanın ən iri maliyyə institutlarından biri olaraq AİB tərəfdaş ölkələrdə həm dövlət, həm də özəl sektorun inkişafına töhfə verir: "Asiya İnkişaf Bankının dəstəyi enerji, maliyyə, fiskal siyasət, infrastruktur kimi sahələri əhatə edir və biz bu tərəfdaşlığın bəhrəsini görürük. Azərbaycanın həm daxildə, həm də beynəlxalq səviyyədə reallaşdırdığı layihələrə dəstək vermək bizi məmnun edir".

"UNEC Business English Conversation Club" layihəsinin əhəmiyyətinə toxunan baş iqtisadçı deyib ki, ingilis dilinin biznes istiqamətinin öyrənilməsi olduqca vacibdir: "Tədbirdə iştirak etmək üçün dəvət alanda məhz layihənin məqsədi diqqətimi çəkdi. Çünki ingilis dilinin biznes istiqamətinin öyrənilməsi sizin üçün olduqca vacibdir və gələcək karyeranızda sizin üstünlüklərinizdən biri olacaq. Bir şeyi dəqiq bilin ki, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutlarının gündəlik işində məhz buna üstünlük verilir".

N. Vəliyev həmçinin tələbələrlə öz təcrübəsi ilə bölüşüb və onlara bir sıra faydalı məsləhət verib.

Qeyd edək ki, tələbələrin xahişinə əsasən, AİB-in baş iqtisadçısı layihənin növbəti sessiyalarından birində də iştirak edəcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment