1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Pul köçürməsini MilliÖn terminalları vasitəsilə etmək mümkün oldu
28.11.2018

Baki, FinanceTime.  Kapital Bank-ın Xəzri təcili pul köçürmə sistemi ilə ölkə daxilində 1000 AZN-dək pul köçürmə əməliyyatlarının MilliÖn ödəniş terminallarında aparılması mümkündür. Müştərilər ölkə daxili göndərilən pul vəsaitini günün istənilən saatında 600-dən artıq Kapital Bank bankomatlarından və ya sistemin çoxsaylı tərəfdaş bankının filiallarından komissiyasız nağdlaşdıra bilərlər.

Köçürmələrə görə 0,8% (min. 1 AZN) komissiya haqqı tutulur. Cəmi 2 dəqiqə ərzində MilliÖn ödəniş terminallarının “pul köçürmələri” bölməsinə daxil olub əməliyyatı tamamlamaq olar. Bunun üçün göndərən şəxsin öz şəxsiyyət vəsiqəsinin nömrəsini bilməsi zəruridir.

Həmçinin ölkə daxilində 1000 manatadək pul köçürmə əməliyyatını www.xazri.az saytı vasitəsilə etmək mümkündür. Saytda göndərilən və alınan köçürmələrin statusu barədə də məlumat əldə etmək olar.

Qeyd edək ki, Xəzri hazırda Azərbaycan bazarının ən böyük pul köçürmə sistemidir. Sistem Azərbaycanda Kapital Bank, Atabank, Expressbank, AFB Bank, Nikoil Bank, Günay Bank və NBC Bank üzrə ümumilikdə 200-dən artıq filialı və şöbələrdə müştərilərin xidmətindədir. 2018-ci ilin 3-cü rübü üzrə sistem vasitəsilə 300 000-ə yaxın, ümumi məbləği 160 mln. manatadək köçürmə əməliyyatı aparılıb.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment