|
|
|
Valyuta birjası | | | BEST sistemində ticarətin yekunları (30.10.2012) |
01.11.2012 | |
| |
Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində oktyabrın 30-da keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7839 AZN-ə bərabər olmuşdur.
Birjanın elektron hərraclar sistemində (Bourse E-system of trades-BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 ABŞ dolları üçün 0,7841 AZN olmuşdur.
USD/AZN T+0 aləti üzrə 3.135.600 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7839 AZN təşkil etmişdir.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 2.243.530 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7839 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi məbləği 6.858.000 dollar və ya 5.379.130 manat təşkil etmişdir.
Qeyd etmək lazımdır ki, USD/AZN T+1, T+2, SWAP-USD/AZN alətləri üzrə əqd bağlanmamışdır.
Banklar EUR/AZN və RUB/AZN alətləri üzrə BEHS-ə sifariş verməmişlər.
EUR/USD-TOD və EUR/USD-TOM alətləri üzrə sifarişlər verilmiş, lakin bu alətlər üzrə əqd bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 11,58 faiz, ABŞ dolları üzrə isə 12,50 faiz təşkil etmişdir.
Oktyabrın 30-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
|
|
|
|