1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Moskva şəhərində əqli mülkiyyətin tədrisi məsələləri müzakirə olunub
23.11.2018

Baki, FinanceTime. 16 noyabr 2018-ci il tarixində Moskva şəhərində Ümumdanya Əqli Mülkiyyət Təşkilatı, Rusiya Federasiyasının Əqli Mülkiyyət Federal Xidməti (Rospatent) və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası tərəfindən “Əqli mülkiyyətin tədris olunması” mövzusunda elmi-praktik subregional seminar keçirilib.

Ondan çox ölkənin əqli mülkiyyət qurumlarının əməkdaşları, patent müvəkkilləri, texniki və humanitar ali məktəblərin müəllim və tələbələrinin qatıldığı tədbirdə əqli mülkiyyətin təhsil müəssisələrində tədrisinin bütün aspektlərinnin aktual məsələlərinə toxunulub. Seminarda Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Günel Vəliyeva da iştirak edib.

Tədbirdə keçid iqtisadiyyatı ölkələrində əqli mülkiyyət sahəsində mütəxəssislərin hazırlığı üzrə milli sistemlərin metodikası, müasir dövrdə əqli mülkiyyətin tədrisinin xüsusiyyətləri və tələbatları,texnologiyaların transferi ilə bağlı məsələlərin öyrənilməsi, gənclər arasında əqli mülkiyyətin geniş yayılmasının əsas istiqamətləri və s. məsələlər haqqında məruzələr dinlənilib. Seminarın sonunda əqli mülkiyyətin tədrisi ilə bağlı region ölkələrinin təcrübələri, bu sahədə problemlər dəyirmi masa ətrafında müzakirə edilib.

Əqli MülkiyyətAgentliyinin nümayəndəsi öz məruzəsində ölkəmizdə ali təhsilin bakalavr və magistr səviyyələrində əqli mülkiyyətin tədris olunması məsələlərinə toxunub, Agentliyin Təhsil Nazirliyi və Ümümdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə həyata keçirdiyi “Universitet və elmi tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üzrə Milli Layihə” çərçivəsində görülən işlər, o cümlədən əqli mülkiyyətin kommresiyalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə seminar iştirakçılarına məlumat verib


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment