1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank “İxrac əməliyyatlarında maliyyə dəstəyi” mövzusunda təlim keçirib
22.11.2018

Baki, FinanceTime. Kapital Bank “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə birgə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində“İxrac əməliyyatlarında maliyyə dəstəyi” mövzusunda maarifləndirici təlim keçirib. Tədbirdə Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə ilə yanaşı bankın bir sıra əməkdaşları, həmçinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə də iştirak edib.

Maarifləndirmə xarakteri daşıyan təlim zamanı iştirakçılara nəzəri məlumatlar verilib və maliyyə dəstəyindən praktiki istifadə qaydalarından bəhs edilib.Tədbir çərçivəsində xarici ticarətdə maliyyə alətlərinin rolu, ixrac zamanı avans ödənişləri, akkreditiv, faktorinq, qarantiyalar, ixrac fəaliyyətinə istiqamətlənən kreditlər və s. haqqında sahibkarlara məlumat verilib.

“Son illər ölkə başçısının müvafiq sərəncamları ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində çox uğurlu addımlar atılır. Dövlət dəstəyi ilə görülən tədbirlər çərçivəsində ölkə iqtisadiyyatının inkişafına xüsusi diqqət ayrılır. Kapital Bank olaraq biz də prosesi yaxından izləyirik və bu inkişafa öz töhfəmizi veririk.Bu istiqamətdə sahibkarlara təqdim etdiyimiz ənənəvi bank məhsulları ilə yanaşı faktorinq, overdraft, qarantiya və akkreditivlər kimi qeyri-ənənəvi bank məhsulları da sözügedən seqmentin inkişafına xidmət edir”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə bildirib.

Tədbirdə Kapital Bank-ın Korporativ Satışlar departamentinin direktor vəzifələrini icra edən Nəsimi Xasıyev korporativ bank məhsulları, tariflər və biznes üçün təqdim olunacaq mobil tətbiq barədə ətraflı məlumat verdi.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 97 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment