1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Turizm və qonaqpərvərlik sahəsində ilk əmək yarmarkası keçiriləcək
21.11.2018

Baki, FinanceTime. 24 noyabrda DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü, Dövlət Turizm Agentliyinin və Azərbaycan Hotellər Assosiasiyasının təşkilati dəstəyi ilə turizm və qonaqpərvərlik sahəsində ilk ixtisaslaşmış əmək yarmarkası keçiriləcək.

Layihə turizm və qonaqpərvərlik sənayesində əmək bazarı iştirakçılarının və təhsil müəssisələrinin işəgötürənlərlə daha çevik və səmərəli əlaqələrinin qurulmasına töhfə verən biznes platforması rolunu oynayır.

Əmək yarmarkası işəgötürən şirkətlər üçün mövcud vakansiyaların elan edilməsi, əmək resurslarının ehtiyat bazasının yenilənməsi, vəzifə təlimatlarının, əmək şəraitinin, peşə standartlarının geniş kütləyə elan edilməsi və iş axtaranlarla birbaşa müsahibə keçirməyə şərait yaradacaq.

Yarmarkada turizm, qonaqpərvərlik və xidmət sahələrini təmsil edən 115 biznes subyekti tərəfindən 270-dən artıq vakansiya elan ediləcək.

İştirakçılar sırasında "KFC", "Saffron Restaurant Group", "Gilan Hospitality", "Absheron Hotel Group", "145 Restaurant Group", "JW Marriott Absheron Hotel", "Hyatt Regency Baku Hotel", "Four Seasons Hotel Baku", "MyBrands", "Pullman Hotel Baku", "New Era Travel", "Baku Hospitality Group", "Rama Service" , "PASHA Travel" və digər şirkətlər təmsil olunurlar.

Tədbirin tərəfdaşları qismində Azərbaycan Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti, "Logix", "Kaffadan", "Xonca Kitchen", "Nova.Net" şirkətləri çıxış edirlər.

Tədbir 24 noyabrda saat 10:00-dan 15:00-dək Bakı Biznes Mərkəzində keçiriləcək.

Ünvan: Bakı Dənizkənarı Milli Parkı, Neftçilər pr., 44

24.11.2018-ci il tarixində saat 10.00-da tədbirin açılış mərasiminə media qurumları dəvətlidir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment