1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AtaBank-dan şəhid ailələrinə diqqət
21.11.2018

Baki, FinanceTime. Azərbaycan Respublikasının Prezidentinin yeni imzaladığı fərman ilə bağlı nəzərinizə aşağıdakı məlumatı çatdırmaq istərdik:

Fərmana əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə fərmanla müəyyənləşdirilmiş qaydada 11 000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə veriləcək.

Birdəfəlik ödəmə hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən veriləcək.

Qeyd edilən vəsaitin hesabdan məxarici zamanı AtaBank tərəfindən komissiya tətbiq edilməyəcək, yəni müştəri köçürmə yolu ilə daxil olan vəsaiti tam şəkildə 11 000 AZN məbləğində məxaric edə biləcək.

Müraciət edən müştərilərə cari hesab açılır.Kart hesabı açıldığı təqdirdə, köçürmə yolu ilə vəsait daxil olduqda komissiyanın avtomatik tutulmasını nəzərə alaraq komissiya məbləği geri qaytarılacaq.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment