1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


AZAL Əl-Küveytə müntəzəm reyslər həyata keçirməyə başlayacaq
19.11.2018

Baki, FinanceTime. Cari ilin 22 dekabr tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirəcək.

AZALJ2-119/J2-120 reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri,ekonom sinif və komfort-klub konfiqurasiyalı Airbus A319 tipli təyyarə iləhəyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcəkdir.

Qeyd edək ki, əvvəllər Küveyt istiqaməti üzrə uçuşlar aviaşirkət tərəfindən çarter proqramı əsasında həyata keçirilirdi.

Küveyt Yaxın Şərqin müasir şəhərlərinin həyatı ilə tanış olmaq istəyən səyahətçilərin ürəyincə olacaq. Burada ən gözəl«GrandMosque» məsçidini, unikal ekspozisiyalı muzeyləri, möhtəşəm sarayları ziyarət etmək olar, daha sonra isə Kuwait towers göydələninin yuxarı mərtəbələrindəki restoranında şam yeməyinəqatıla bilərsiniz. Bundan əlavə Küveytdə ziyarətçilər üçün açıq olan «KuwaitiStock Exchange» fond birjasını da ziyarət edə bilərsiniz.

Biletləri AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində və www.azal.az saytında təxsis etmək və əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə,  aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz.

AZAL Miles bonus proqramı barədə ətraflı məlumat Aviaşirkətin www.miles.azal.az saytında təqdim edilmişdir. Proqram iştirakçısı olmayan şəxslərə http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=ru keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

Elektron poçt: callcenter@azal.az

WhatsApp: (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər üçün, bu nömrəyə zənglər qəbul edilmir)

AZAL Miles bonus proqramına dair sualları azalmiles@azal.az ünvanına, yaxud www.azal.az saytında doldurulan əlaqə forması vasitəsilə göndərə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment