1 USD 1.7000   1 EUR 1.9343   1 AED 0.4628   1 ARS 0.0452   1 AUD 1.2188   1 BRL 0.4528   1 BYN 0.7915   1 CAD 1.2818   1 CHF 1.7083   100 CLP 0.2539   1 CNY 0.2504   1 CZK 0.0756   1 DKK 0.2591   1 EGP 0.0951   1 GBP 2.1875   1 GEL 0.6392   1 HKD 0.2167   100 IDR 0.0119   1 ILS 0.4606   1 INR 0.0238   100 IRR 0.0040   100 JPY 1.5512   1 KGS 0.0243   100 KRW 0.1508   1 KWD 5.6026   1 KZT 0.0045   100 LBP 0.1125   1 MDL 0.0992   1 MXN 0.0890   1 MYR 0.4134   1 NOK 0.1987   1 NZD 1.1427   1 PLN 0.4513   1 RUB 0.0256   1 SAR 0.4532   1 SDR 2.3684   1 SEK 0.1885   1 SGD 1.2509   1 TJS 0.1801   1 TMT 0.4857   1 TRY 0.3193   1 TWD 0.0551   1 UAH 0.0608   100 UZS 0.0201   1 XAG 26.0235   1 XAU 2178.3120   1 XPD 2352.7319   1 XPT 1359.5750   1 ZAR 0.1226   
           
AMB kursu / Məzənnələr


 

 

Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq

















Dünya xəbərləri


“Kaspersky Lab” Sürixdə Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb və ilk şəffaflıq mərkəzini açıb
16.11.2018

Baki, FinanceTime.   “Kaspersky Lab” Avropa istifadəçilərinə daxil olan zərərverici və şübhəli faylların Sürixdə emalına başlayıb və elə həmin şəhərdə ilk şəffaflıq mərkəzini açıb. Bu, “Kaspersky Lab”ın 2017-ci ilin oktyabr ayında elan etdiyi miqyaslı layihənin – informasiya şəffaflığı üzrə qlobal təşəbbüsün icrasında mühüm bir addımlardır. Sözügedən layihə hətta fərziyyələrə əsaslanan risklərə qarşı şirkətin İT-infrastrukturunun dayanıqlığının artırılmasına və bütün prosesləri cari və gələcək müştərilər, həmçinin, geniş ictimaiyyət üçün daha şəffaf etməyə hədəflənib.

“Kaspersky Lab” istifadəçiləri könüllü şəkildə “Kaspersky Security Network” (KSN) bulud infrastrukturu ilə məlumatlarını paylaşa bilər. Noyabrın 13-dən etibarən isə bu məlumatların bir hissəsi, əsasən də şübhəli və əvvəllər məlum olmayan zərərverici fayllar, həmçinin, avtomatik təhlil üçün şirkətin Avropa istifadəçilərindən aldığı müvafiq metaməlumatlar İsveçrədəki məlumatların emalı üzrə iki mərkəzdə emal olunur. Məlumatların emalı üzrə əlavə infrastrukturun yaradılması prosesi gözləndiyi kimi 2019-cu ilin sonunda tam başa çatacaq. Digər məlumatlar isə, o cümlədən təhdidlərin məsuliyyətsizləşdirilmiş statistikası, sözügedən qlobal təşəbbüsün növbəti mərhələlərinin icrası zamanı Sürixdə emal olunacaq.

Bundan başqa, “Kaspersky Lab” Sürixdə özünün ilk şəffaflıq mərkəzini açıb. Bu struktur çərçivəsində etibarlı tərəfdaşlar və hökumət təşkilatlarına şirkətin məhsullarının mənbə kodunu yoxlamaq təklif olunur. Bundan başqa, onlar virus siqnaturalarının məlumat bazasına, proqram təminatının yenilənmələrinə, proqram təminatının təhlükəsiz hazırlanması üzrə sənədlərə və digər vacib materiallara çıxış əldə edəcəklər. Şəffaflıq mərkəzi xarici auditin və şirkətin mənbə kodunun qiymətləndirilməsinin aparılmasına, həmçinin, təhlükəsiz və rahat mühitdə xüsusilə bunun üçün yaradılmış texniki sənədlərin öyrənilməsinə imkan yaradacaq.

Şəffaflıq və Avropa istifadəçilərinin məlumatlarının emalı mərkəzlərinin açılışından sonra “Kaspersky Lab”ın növbəti planı analoji mərkəzlərin digər regionlarda da yaratmaq, həmçinin, Sürixdə Avropa, ABŞ və başqa ölkələrdə olan istifadəçilər üçün proqram təminatının kompilyasiyasını həyata keçirməyə imkan verən infrastruktur qurmaqdırdır.  

Müstəqil reytinqlərə əsasən, İsveçrə müdafiə olunan internet-serverlərin sayına görə dünya liderləri sırasındadır. Bu ölkənin İT-infrastrukturu və məlumatların emalı mərkəzləri qlobal səviyyədə ən yüksək etibar qazanıb. Avropanın “ürəyində” yerləşən, bununla belə, Avropa İttifaqına üzv olmayan İsveçrə məxfi məlumatların tənzimlənməsi üzrə ölkə Konstitusiyası və federal qanunlar tərəfindən zəmanət verən şəxsi siyasətini formalaşdırıb. Bundan başqa, ölkədə hakimiyyət orqanları tərəfindən daxil olan elektron məlumatların alınmasına dair sorğuların emalı prosedurunu tənzimləyən sərt qaydalar qüvvədədir.

“İT-sənayedə şəffaflıq təşəbbüsü artıq yeni normaya çevrilir, əsasən də kibertəhlükəsizlik sahəsində. Biz bu prosesdə ön mövqedə olmağımızdan qürurlanırıq və istifadəçilərimizin məlumatlarınını müdafiəsinə və məhsullarımızın etibarlılığına ciddi yanaşırıq. İsveçrədə istifadəçi məlumatlarının emalı və proqram təminatının hazırlanmasına dair əlavə infrastrukturun yaradılması bunun bariz nümunəsidir. İnformasiya açıqlılığı üzrə qlobal təşəbbüsümüz çərçivəsində verdyimiz vədlər artıq uğurla yerinə yetirilir. Biz ekspertləri və hökumət təşkilatlarını məhzullarımızla (mənbə kodu, proqram yenilənmələri və digər texniki sənədlərlə) tanış olmaq üçün Sürixdəki yeni şəffaflıq mərkəzinə dəvət edirik. Hesab edirik ki, bu cür addımlar həm şirkət, həm də ümumiyyətlə bu sahə üçün hələ başlanğıcdır. Məhsulların etibarlılığını təsdiq etmək zərurəti tezliklə sənaye standartlarına çevriləcək”, - deyə “Kaspersky Lab”ın baş direktoru Yevgeni Kasperski bildirib.

“Kaspersky Lab”ın şəffalıq prinsipləri və informasiya açıqlılığı təşəbbüsü barədə daha ətraflı linkdə:

https://www.kaspersky.ru/about/transparency.





06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri


18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi
18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment