1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Banklar və Biznes” Qəzetinin elan etdiyi tələbələrarası məqalə müsabiqəsinin müddəti uzadılıb
12.11.2018

Baki, FinanceTime.  “Banklar və Biznes” Qəzetinin (BBN.az) elan etdiyi tələbələrarası məqalə müsabiqəsində məqalələrin qəbul müddəti 19 noyabr 2018-ci il tarixinədək uzadılıb. Belə ki, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin dəstəyi ilə keçirilən müsabiqədə hazırda jurnalistika və iqtisadiyyat üzrə bakalavr və magistr təhsili alan bütün tələbələr iştirak edə bilərlər.

Müsabiqədə təqdim edilməli olan məqalənin mövzusu aşağıdakı kimidir:

“Məsuliyyətli borclanma”

Müsabiqə aşağıdakı istiqamətləri əhatə etməlidir:

* Məsuliyyətli borclanma nə üçün önəmlidir;

* Kredit üçün müraciət etməzdən əvvəl vətəndaş hansı məqamlara diqqət etməlidir;

* Borclanma ilə bağlı qərarı verərkən ödəmə qabiliyyətinin, cari və gələcək gəlirlərin, xərclərin qiymətləndirilməsi nə üçün vacibdir;

* Maliyyə öhdəliyinin vaxtında və tam icra edilməməsi borcalan üçün və bank –maliyyə sistemində hansı problemləri yarada bilər;

* Məsuliyyətli borclanmanın təmin olunması üçün borcalanın öhdəsinə düşən vəzifələr;

Mükafat fondu:

1-ci yer – 500 manatlıq hədiyyə kuponu;

2-ci yer – 300 manatlıq hədiyyə kuponu;

3-cü yer – 200 manatlıq hədiyyə kupunu;

Növbəti 5 yer – həvəsləndirici hədiyyələr

Müsabiqənin şərtləri:

Müsabiqədə iştirak etmək istəyən şəxs hazırda jurnalistika və ya iqtisadiyyat üzrə bakalavr və magistr təhsilini davam etdirməlidir;

Bir şəxs yalnız bir məqalə ilə müsabiqədə iştirak edə bilər;

Məqalə əvvəl heç bir kütləvi informasiya vasitəsində yayımlanmamalıdır.

Yazıya qarşı olan tələblər:

* Məqalə “Times New Roman” yazı şriftində, 11 punto ölçüsündə, 1.5 ara ilə hər tərəfdən 20 mm məsafədə olan A4 formatlı səhifədə yazılmalıdır;

* Məqalənin həcmi 11 min simvoldan (boşluqlar nəzərə alınmadan) çox olmamalıdır.

* Müraciət:

* Hazırlanan məqalələr 19 noyabr 2018-ci il tarixinə qədər aşağıda göstərilənlərlə birlikdə redaktor@bbn.az elektron ünvanına, məktubun mövzusunda “MÜSABİQƏ” qeyd etməklə yollanmalıdır:

Şəxsiyyət vəsiqəsinin üzü

Tələbə biletinin üzü;

Ev və ya mobil telefonu.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment