1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank-ın 3 yeni şöbəsi istifadəyə verildi
08.11.2018

Baki, FinanceTime. Kapital Bank ötən həftə ərzində 3 yeni şöbəsini müştərilərin istifadəsinə verib. Bunlar Mingəçevir, Sumqayıt və Hava limanı şöbələridir. Şöbələrdə müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şərait və imkanlar yaradılıb.

Şöbələrdə müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edilir.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirməkdə davam edir. Sözügedən layihə artıq 3 ildir davam edir. Bu dövr ərzində bir çox filial müasir tələblərə uyğun təmir edilərək, müştərilərin ixtiyarına verilib. 2018-ci ildə layihə çərçivəsində yeni Bravo 2, Gəncə Kart Mərkəzi, Şimal filialları açılıb, Füzuli, İmişli filialları, eləcə də Lökbatan şöbəsi yeni ünvana köçürülüb, Gənclik Mall və Ağdaş filialları isə əsaslı təmir olunub. Bankın yenilənən filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Bundan əlavə cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 10 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment