1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ölkənin yeni turizm brendi beynəlxalq ictimaiyyətə təqdim olundu
07.11.2018

Baki, FinanceTime. Bu gün Azərbaycanın yeni turizm brendinin marketinq kampaniyasının ən önəmli hissəsi kimi Londonda  “World Travel Market-2018” sərgisində böyükmiqyaslı təqdimat həyata keçirilib.

Müxtəlif ölkələrdən dövlət nümayəndələri, dünyanın aparıcı turizm şirkətləri və mütəxəssislərinin, eləcə də media nümayəndələrinin iştirak etdiyi təqdimat xüsusi maraqla qarşılanıb.

Təqdimatda Azərbayan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid çıxış edərək yeni turizm brendi haqqında ətraflı məlumat verib. O bildirib ki, beynəlxalq bazara daha çox turizm təklifləri çıxarmaq, dünyanın məşhur destinasiya brendi olmaq, əsrarəngiz maddi və mənəvi irsimizi dünya ilə bölüşmək əsas məqsədlər sırasındadır.

Təqdimatdan sonra Azərbaycanın turizm brendi və potensialı haqqında beynəlxalq media üçün mətbuat konfransı təşkil olunub. Azərbaycan Turizm Bürosunun nümayəndələri Azərbaycanın turizm potensialı, marketinq strategiyası və yeni turizm siyasəti barəsində sualları cavablandırıblar.

Yeni kampaniyanın məqsədi xarici turistləri Azərbaycana bir daha baxmağa dəvət etmək, bütün səyahətçilərə ölkəmizin özünəməxsusluğunu göstərmək və onlara unudulmaz xoş təəssüratlar bəxş etməkdir.

Azərbaycanın yeni turizm imicinin, ölkəmizin turistlər üçün cəlbedici məkanlardan biri olması faktının dünya ictimaiyyətinə çatdırılması üçün qeyd olunun təqdimat xüsusi önəm kəsb edir.

Turizmi ölkənin ikinci ən böyük inkişaf istiqamətinə çevirmək və 2023-cü ilədək Azərbaycana gələn turistlərin sayının iki dəfə artırılmasına nail olmaq kampaniyanın strateji hədəfləri sırasındadır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment