1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


AMEA-nın Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub
07.11.2018

Baki, FinanceTime. 6 noyabr, 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub. AMEA və “Caspian European Club” –un təşkilatçılığı ilə keçirilən infoturda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs, biznesə dəstək təşkilatların  və sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürov rəhbərlik etdiyi parkın fəaliyyəti haqqında iştirakçılara məlumat verib. O, qeyd edib ki,  Yüksək Texnologiyalar Parkı ilə tanışlıq, ötən həftə  AMEA və  “Caspian European Club”un  təşkilatçılığı ilə keçirilən biznes forumun davamıdır.

N.Şükürov bildirib ki, Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədi ilə yaradılmışdır.

Qonaqlar “YT Park”nın rezidenti olan “Millers Oils Azerbaijan” MMC-nin istehsalat kompleksində mühərrik  və sürtkü yağlarının istehsalı üçün nəzərdə tutulan sahə və ofis kompleksi ilə tanış olublar. “YT Park”ın fəaliyyəti, rezidentləri və onların istehsal edəcəkləri məhsullar haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.  Qeyd olunub ki, şirkət avtomatik trasnmissiyalar, sükan hidrogücləndiricisi, əyləc üçün yüksək keyfiyyətli mayelər və digər məhsullar istehsal edir.   Texnologiya parkının rezidentləri üçün bir sıra vergi və gömrük güzəştləri ilə yanaşı, xüsusi imtiyazların nəzərdə tutulduğunu deyən  N.Şükürov  sahibkarları bu imkandan yararlanamağa dəvət edib. 

“YT Park”da rezidentlər üçün yaradılan şəraitdən məmnunluğunu bildirən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “YT Park”ının böyük iqtisadi potensiala və perspektivlərə malik olduğunu qeyd edib. Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs bildirdi ki, Latviya farmaseptika və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində böyük təcrübəyə və yüksək texnologiyaya malikdir. Gələcəkdə AMEA ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayan səfir bildirib ki, Latviya şirkətlərinin  “YT Park”-ına rezident kimi cəlb olunması üçün Latviya şirkətlərinin nümayəndələri ilə  danışıqlar aparacaq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment