1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankının korporativ İnternet Bankçılıq xidmətinə ASAN İmza ilə qoşulmaq imkanı
06.11.2018

Baki, FinanceTime. Elektron bankçılıq xidmətlərini getdikcə inkişaf etdirərək müştərilər üçün geniş seçim imkanları yaradan Azərbaycan Beynəlxalq Bankı daha bir yeniliyini təqdim edib. Hüquqi şəxslər və sahibkar fiziki şəxslər indi bankın IBA Banking İnternet Bankçılıq xidmətinə OTP açarı ilə yanaşı, ASAN İmza vasitəsilə də qoşula bilərlər.

İnternet Bankçılıq xidməti hüquqi şəxslərə və sahibkar fiziki şəxslərə aşağıda göstərilən bir çox imkanlardan faydalanmaq üçün şərait yaradır:

-Bank hesabına nəzarət;

-Hesabdan çıxarış;

-Ölkədaxili köçürmələr;

-Bankdaxili köçürmələr;

-Ölkəxarici köçürmələr;

-Kütləvi köçürmələr;

-Əməkhaqqı ödənişləri;

-Vergi ödənişləri;

-ƏDV ödənişləri;

-Konvertasiya əməliyyatları.

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Azərbaycan Beynəlxalq Bankı biznes subyektlərinin elektron bankçılıq xidmətlərindən istifadə imkanlarını genişləndirmək üçün tədbirləri davam etdirir. Bu istiqamətdə digər yeniliklərimizi də tezliklə müştərilərimizə təqdim edəcəyik”. 

İnternet Bankçılıq xidmətinə ASAN İmza vasitəsilə bu link üzərindən qoşulmaq mümkündür. https://asan.ibar.az/ibank/asan

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment