1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan "Dünya Səyahət Bazarı-2018" sərgisində təmsil olunur
05.11.2018

Baki, FinanceTime. Azərbaycan nümayəndə heyəti Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkənin turizm potensialının dünyamiqyaslı təbliğatı məqsədilə 2018-ci ilin 5-7 noyabr tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən “World Travel Market -2018” sərgisində iştirak edir.
 
Sərgidə ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri ilə yanaşı  Bakı Turizm İnformasiya Mərkəzi, “Absheron Hotel Group”, “Baku Hospitality Group”, “Gilan Hospitality Group”, “ENC TOURS”, “OK TOURS”, “Lets GO”, “RVS Travel”, STI Azerbaijan, Turizm.Az MICE & DMC, Salam Tourism & Travel, PASHA Travel, Millennium Tourism Congress DMC, Premier Tour, Weekend Travel, “JW Marriott Absheron Baku”, “Four Seasons Hotel Baku”, “Baku City Circuit”, “Bakusightseeing.com” şirkətlərinin nümayəndələri də təmsil edirlər.
 
Dünya turizm sənayesində əhəmiyyətli yerə malik olan “World Travel Market” sərgisi hər il təşkil olunmaqla dünyanın müxtəlif qitələrindən turizm sahəsinin mütəxəssislərini bir araya toplayaraq turizm imkanlarının tanıtımı və qarşılıqlı dialoq üçün ən güclü platformalardan biri kimi çıxış edir.

190 kv-metrlik sahədə qurulan Azərbaycan stendi yeni brendə uyğun dizayn edilərək sərgi iştirakçılarına təqdim olunur.

Sərginin ikinci günündə - 6 noyabr tarixində ilk dəfə olaraq Azərbaycanın yeni turizm brendinin beynəlxalq ictimaiyyət üçün geniş miqyaslı təqdimatı keçiriləcək.

Qeyd edək ki, Azərbaycan 2002-ci ildən etibarən sözügedən sərgidə iştirak edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment