1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in növbəti Eksklüzivi Qazaxda
03.11.2018

Baki, FinanceTime. Azərbaycan telekommunikasiya bazarında liderliyini qoruyan, daima texnoloji yenilikləri tətbiq edən, bütün müasir xidmətləri abunəçiləri üçün mümkün edən“Azercell Telekom” MMC rahatlığı və innovativ tərzi ilə seçilən növbəti Eksklüziv mağazasını istifadəyə verib. Müştəri xidməti sahəsində hər zaman müştəri məmnuniyyətinə böyük önəm verənşirkətin Qazax rayonu,Firuddin Şamoyev küçəsi, 1A ünvanında açılan mağazasıən müasir avadanlıqla təchiz olunaraq yeni konsepsiyaya uyğun təşkil edilib. Mağazada abunəçilər müştəri xdimətlərində edilən əksər əməliyyatları, telefon danışığına görə ödəmələri həyata keçirə və istədikləri mobil cihazlarları nəğd və ya kredit şəklində əldə edə bilərlər. Mağazanın açılışında iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev çıxış edərək yeni mağazanın istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və mağazanın əməkdaşlarını səmimi qəlbdən təbrik edib.

Digər ekskluziv mağazalarda olduğu kimi, Azercell Qazaxdakı müştəriləri üçün də açılış gününə özəl xüsusi kampaniya keçirir. Belə ki, 2 noyabrdan etibarən 7 gün müddətində Qazax Azercell Eksklüziv mağazasından yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq.

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 3042, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12), Sumqayıtda (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küç., 1), Bərdədə (İsmət Qayıbov küç., 8), Gəncədə (Heydər Əliyev prospekti, 149), Beyləqanda (Sərdar İmrəliyev küç. 265) və Ağcabədidə (Ü. Hacıbəyli pr., 68)abunəçilərin ixtiyarına verilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment