1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov “AmCham”ın üzvləri ilə görüşüb
01.11.2018

Baki, FinanceTime. Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) “Mastercard” şirkətinin dəstəyi ilə öz üzvləri üçün Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun iştirakı ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.

E. Rüstəmov ölkə Prezidentinin 26 sentyabr tarixli fərmanı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”, onun strateji istiqamətləri və icra tədbirləri barədə çıxış edib. Bununla yanaşı, işgüzar nahar“AmCham”ın üzvü “FA International Trade Events”şirkəti və “Junior Achievement Azerbaijan” təşkilatı tərəfindən keçirilmiş təqdimatlarla yadda qalıb.Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə 150-dən çox qonaq iştirak edib.

“Mastercard” şirkətinin dəstəyi ilə təşkil olunan aylıq işgüzar naharda şirkətin İctimai Siyasət üzrə regional direktoru Süleyman Sözeri də çıxış edərək şirkətin Azərbaycandakı fəaliyyəti və Dövlət Proqramının hazırlanması zamanı Mərkəzi Bankla birgə həyata keçirilən “Nağdsız Azərbaycan” layihəsi barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən E.Rüstəmov qəbul edilmiş Dövlət Proqramının strateji əhəmiyyətindən, Proqramda nəzərdə tutulan və rəqəmsallaşmanı genişləndirəcək infrastruktur layihələrindən, rəqəmsal ödənişlərin genişlənməsinin makroiqtisadi siyasətin effektivliyinin artmasına təsirlərindən, eləcə də Proqramın hazırlanması zamanı sıx əməkdaşlıq edilən “Mastercard” təşkilatı ilə ikitərəfli qarşılıqlı münasibətlərdən danışıb. E.Rüstəmov iştirakçılara ölkədə dayanıqlı iqtisadi artımın əsas şərti olan makroiqtisadi sabitlik üzrə mövcud vəziyyət və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

O, həmçinin, fiskal siyasətin də monetar siyasətlə birlikdə xarici şoklara dayanıqlığının təmin edilməsinin, daxili borc bazarının inkişafına zəruri dəstəyin vacibliyini və cari ildə kredit aktivliyi tədricən bərpa olunsa da bank sektorunda əlavə sağlamlaşdırılma tədbirlərinin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

E.Rüstəmov başlanmış pozitiv meyillərin qorunmasının, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və iqtisadi artımın sürətləndirilməsinin orta müddətli dövrün başlıca prioriteti olduğunu bildirib: “Ortamüddətli dövrdə optimist proqnozların reallaşması üçün yaxşı harmonizasiya olunmuş siyasət tədbirləri, prioritet xarakterli iqtisadi islahatların reallaşdırılması tələb olunur. Mərkəzi Bank da ölkədə aparılan islahatların və yeridilən iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək”.

Çıxışının sonunda AMB-nin sədri biznes üçün əlverişli mühit quruculuğunda Mərkəzi Bankın rolunun vacibliyini qeyd edərək biznes sektoru nümayəndələri ilə birbaşa ünsiyyət imkanının yaradılmasına, həmçinin, tədbirə dəvətə görə Azərbaycanda Amerika Ticarət Palatasına və “Mastercard”ın nümayəndələrinə təşəkkürünü bildirib.

Qeyd edək ki, “AmCham Azərbaycan” üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment