1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in sponsorluğu ilə keçirilən "Hackathon-AzIn 2018"-in qalibləri bəlli oldu
31.10.2018

Baki, FinanceTime. İnformasiya texnologiyaları sahəsində xüsusi istedada malik, öz İnnovativ fikirlərini koda çevirməyi bacaran gənclər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkil etdiyi "Hackathon-AzIn 2018" müsabiqəsində öz bacarıqlarını nümayiş etdiriblər. Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində “AzInTelecom” MMC-nin təşkilatçılığı, Yüksək Texnologiyalar Parkının dəstəyi və “Azercell Telekom” MMC-nin sponsorluğu ilə baş tutan layihənin qalibləri müəyyən olub.“Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması” mövzusunu əhatə edən müsabiqədə münsiflər heyətinin qərarı ilə “Dostlar”, “Express” və “Ml learning” komandaları qalibiyyət qazanıb.

Birinci yerin sahibi “Dostlar” komandasına 5000 AZN, ikinci yerin sahibi “Express” komandasına 3000 AZN, üçüncü yerin sahibi “Ml learning” komandasına isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunub. Eyni zamanda qalib komandalar müsabiqənin Qızıl sponsoru olan Azercell şirkəti tərəfindən də dəyərli hədiyyələrlə mükafatlandırılıblar. 

Qeyd edək ki, üç mərhələdən ibarət olan “Hackathon” müsabiqəsinin birinci mərhələsində iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırıq verilib, ikinci mərhələdə iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyib. Təqdim olunan həllərin qiymətləndirilməsində məntiq, dizayn, funksionallıq və innovativlik kimi kriteriyalar nəzərə alınıb.

 "Hackathon" ortaq fikrə sahib insanların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirməsidir.Bu müsabiqə zamanı iştirakçılar 24-48 saat müddətində verilən tapşırıq üzrə yeni həll müəyyən etmək və onu təqdim etmək üçün bir araya gəlirlər. Azercell Telekom hər zaman olduğu kimi bundan sonra da informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startap-ları dəstəkləməyə davam edəcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment