1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


WoWoman Azerbaijan qurumu One Young World sammitində ayaq üstə alqışlandı
31.10.2018

Baki, FinanceTime.  "Sosial məsuliyyət" yalnız gözəl söz birləşməsi deyil. Keçən həftə bir gənc azərbaycanlı xanım öz nümunəsiylə bunu bütün dünyaya göstərdi. 17-20 oktyabr tarixlərində Haaqa şəhərində keçirilən One Young World sammitində çıxış edən WoWoman platformasının təsisçisi Zara Hüseynova sammitin ilk Azərbaycanlı spikeri oldu.

Niderland kraliçası, Nobel mükafatçısı Tawakkol Karman, professor Muhammed Yunus, Twitterin co-founderi, Unilever şirkətin CEO-su Paul Polman, Sir Bob Geldof, Haaqa şəhərin icra başçısı Pauline Krikke, Rossana Burgos (Eh Bee Family lahiyəsi) və bizim Zara 1800-dən çox sammit iştirakçısının qarşısında çıxış edərək sülh və ədalətin qüvvəsi haqqında danışdılar.

Təhsil Panelində ayaqüstə alqışlanan yeganə iştirakçı Zara, Azərbaycan qadınların qarşılaşdığı çətinliklərindən, onların həllindən, cəmiyyətə təsirindən söz etdi və Azərbaycanın şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olduğunu vurğuladı. Onun çıxışını burdan izləyə və paylaşa bilərsiniz: https://www.facebook.com/wowoman.org/videos/1852035024909727/

Zara, 2014-cü ildə qadınlara dəstək olmaq, ilhamlandırmaq, cəsarətləndirmək üçün WoWoman təhsil platformasını yaratmışdır, hansı ki qadınlara özlərini ifadə etmək üçün məkan yaradır, xəyallara doğru gedən yolda xanımları istiqamətləndirməyə çalışır, artıq 7000 qadın WoWoman-ın şəxsi universal bacarıqlar inkişafı, sahibkarlıq, kodlaşdırma, dizayn kimi təhsil proqramlarının iştirakçısı olublar. Həmyerlimiz WoWoman-ın və bütün qadınların hekayəsini dünyaya çatdırmağa çalışdı.

One Young World 2009-cu ildə Böyük Britaniyada David Jones və Kate Robertson tərəfindən yaradılmış qlobal qeyri-kommersiya qurumudur. Bu cəmiyyətin məqsədi 193 ölkədən olan gənc liderlərini, yeni nəslin ən parlaq və ən qabiliyyətli nümayəndələrini bir araya gətirərək dünyada aktual olan problemlərin həll yolunu tapmaqdır. Hal hazırda 14,6 million üzvü olan qurum dünyanın 500-dən çox təşkilatı ilə əməkdaşlıq edir. Keçmiş sammitlərin nümayəndələri arasında Justin Trudeau, Emma Watson, Archbishop Emeritus Desmond Tutu, Kofi Annan, Sir Richard Branson, Meghan Markle, Ceymi Oliver kimi dünya liderlərinin adlarını qeyd etmək olar.

Qeyd etmək istərdik ki, WoWoman bu il 6000-dən çox müraciətin içində Facebook-un top 100 cəmiyyəti siyasına daxil edildi.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment