1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank mesencer-botu təqdim etdi
26.10.2018

Baki, FinanceTime.  Kapital Bank müasir texnologiyaların inkişafına və müştəri məmnuniyyətinin artırılmasına diqqət ayıraraq, növbəti yeniliyi təqdim etdi. Belə ki, Facebook istifadəçiləri Kapital Bank-ın yeni “Aican” mesencer-botu ilə ünsiyyət qurub, ona BirKart məhsulu ilə bağlı suallarını verə bilərlər.

Mesencer-bot 24 saat ərzində müştərilərin suallarını cavablandırmaqla yanaşı, BirKart məhsulu barədə ətraflı məlumat verir, müştərilərin verdikləri cavablar əsasında onlarıyönləndirir, sifarişləri onlayn qaydada avtomatik həyata keçirir,həmçinin müştəriyə yaxın filial və ya bankomatın ünvanını göstərir.

Demo versiyada olan mesencer-bot hələlik yalnız BirKart-ın rəsmi Facebook səhifəsinə qoşulub. Yaxın gələcəkdə həmçinin Facebook istifadəçiləri Kapital Bank-ın rəsmi səhifəsində də botun “xidmətlər”indən istifadə edə biləcəklər.

Qeyd edək ki, son illər Kapital Bank müştəri xidməti keyfiyyətinin artırılması istiqamətində bir sıra layihələr həyata keçirib: filial şəbəkəsinin və biznes proseslərin transformasiyası, ölkə üzrə hər yerdə filialların, bankomatların və ödəniş terminallarının mövcudluğu, 24 saat fəaliyyət göstərən 196 Sorğu Mərkəzi, müştərilərin filiala gəlmədən bir sıra bank əməliyyatlarını edə biləcək BirBank tətbiqi, QR Pay ödəniş sistemi, sayt və ya tətbiq üzərindən zəng, kredit sifarişi, onlayn növbə xidməti və s.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment