1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir
23.10.2018

Baki, FinanceTime. Kapital Bank 22-25 oktyabr tarixlərində Sidneydə keçirilən ənənəvi SIBOS – 2018 Beynəlxalq Sərgisində, həmçinin Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağında iştirak edir. Əvvəlki illərdən fərqli olaraq bu il, Kapital Bank,PASHABank ilə birgə eyni stenddə təmsil olunur. Sərgiyə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti qatılıb.

Hər il olduğu kimi bu dəfə də nüfuzlu tədbirlərdə, dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutları təmsil olunurlar. Bu il SIBOS konfransında müzakirə olunan mövzular əsasən 4 əsas istiqaməti əhatə edir: süni intellekt və robotlaşdırma vasitəsilə biznes modelin yenilənməsi, maliyyə cinayətlərini həll etmək üçün yeni paradiqmalar və texnologiyalar, rəqəmsal iqtisadiyyatda genişlənən kibertəhlükəsizlik problemləri və yeni geosiyasi vəziyyətlərə uyğunlaşma.

“Bu ilki tədbirin sessiyaları, seminarları “Rəqəmsal iqtisadiyyatın aktivləşdirilməsi” mövzusu çərçivəsində təşkil olunub. Mütəxəssislər maliyyə sektorunda baş verən dəyişikliklər, müasir texnologiyalar, kiber təhlükəsizlik, süni intellekt və digər məsələlər ətrafında müzakirələr edirlər.Biz də Kapital Bank olaraq proqram çərçivəsində bizə ayrılan sessiyada layihələrimiz barədə dünyanın müxtəlif ölkələrindən gələn tədbir iştirakçılarına məlumat verdik.Rəqəmsal bankçılığa keçid dönəmində bu cür görüşlərdə iştirak, gələcək fəaliyyətimizə öz töhfəsini verəcək”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, Kapital Bank BAFT-ın 10-cu Qlobal Şuraların Forumunda da (Global Councils Forum) iştirak edib. Bu forum bazar təcrübələrinin formalaşmasına, sənayedə yeni imkanların inkişaf etdirilməsinə, habelə qlobal maliyyə sisteminin təhlükəsizliyi və etibarlılığına dair təlimlərin təmin olunmasına həsr olunub.

Həmçinin SWIFT-ın nümayəndələri ilə də görüş keçirən Kapital Bank nümayəndələri, gələcək əməkdaşlığın genişləndirilməsi barədə ətraflı müzakirələr aparıb. Səfər çərçivəsində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov, SWIFT-in Azərbaycan üzrə koordinatoru olaraq, illik yığıncaqda çıxış edib. Məlumat üçün bildirək ki, Kapital Bank həm Azərbaycanda, həm də regionda SWIFT gpi xidmətinə qoşulan yeganə bankdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment