1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlıq krediti şərtlərini asanlaşdırdı
22.10.2018

Baki, FinanceTime. Real sektorun inkişafına daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı iri korporativ layihələri maliyyələşdirməklə yanaşı,kiçik və orta sahibkarların (KOS) maliyyə vəsaitlərinə çıxış imkanlarını da genişləndirmək üçün KOS kreditlərinin şərtlərində müəyyən dəyişikliklər edib.

Həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar müxtəlif KOS layihələrinin maliyyələşdirilməsi üçün kreditləri Azərbaycan Beynəlxalq Bankından indi daha sərfəli şərtlərlə ala bilərlər: 

Maksimal məbləğ: 5 000 000 AZN (və ya USD/EUR ekvivalentlərində)

Faiz dərəcəsi: AZN-lə 14%, USD və EUR-la 7%-dən başlayaraq

Müddət: 84 ayadək

Azərbaycan Beynəlxalq Bankı sahibkarların arzusundan asılı olaraq kredit borcunun annuitet, fərdi və yaxud sərbəst ödəniş cədvəli əsasında ödənilməsinə imkan yaradır.

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Kiçik və orta sahibkarlıq subyektləri Azərbaycan Beynəlxalq Bankı üçün yeni müştəri seqmentidir. Onların təqdim etdikləri biznes layihələrinin daha əlverişli şərtlərlə maliyyələşdirilməsi siyasətini bundan sonra da davam etdirəcəyik. Sahibkarlara kredit xətlərinin açılması, ekspress-kredit, subsidiyalı (güzəştli) kredit, kənd təsərrüfatına dəstək krediti kimi yeni imkanlarımızı mütəmadi olaraq müştərilərimizlə bölüşəcəyik”. 

Azərbaycan Beynəlxalq Bankının kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üzrə təqdim etdiyi çeşidli məhsullar barədə daha ətraflı: https://www.ibar.az/az/corporate/loans/short-term-lending/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment