1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibankda kampaniyalar davam edir: 0% komissiyalı kredit, “+2% hədiyyəli” depozit
22.10.2018

Baki, FinanceTime. Hansısa planınızı həyata keçirmək, biznesinizi böyütmək üçün kredit lazımdırsa, tərəddüd etmədən sizə yaxın Unibank filialına yaxınlaşa bilərsiniz. Hazırda bankda sərfəli kredit və depozit kampanyaları davam edir:

Təqaüdçülər üçün komissiyasız kredit

Unibanka müraciət edən təqaüdçülər nağd istehlak kreditlərini 0% komissiya ilə əldə edə biləcəklər. Sığorta xərcinin olmadığı, zaminsiz verilən bu kreditlərdən təqaüdü 100 manatdan yuxarı olan hər kəs faydalana bilər. Kreditin ödəniş vaxtını da təqaüdçülər özləri seçəcək. 

Biznes üçün 0% komissiyalı kredit və sərfəli faiz

Hər zaman biznesin etibarlı tərəfdaşı olan Unibank, ilin sonunadək biznes kreditlərini komissiyasız edib. Biznesini böyütmək istəyən sahibkarlar dekabrın sonunadək müraciət edib lazım olan məbləğdə manat biznes kreditlərini 0% komissiya ilə götürə bilərlər. İlin sonunadək müraciət edib kreditini 31 yanvaradək rəsmiləşdirənlər də komissiya ödəməyəcək.

Noyabrın 16-dək davam edən “Sözümüz sözdür!” kampaniyası isə Unibankdan kredit götürmək istəyən hüquqi şəxslərə çox aşağı faizlə kredit əldə etmək imkanı verir. Kampaniya müddətində götürülən kredit tam ödənilidikdən sonra, müştərinin ödədiyi faiz məbləğinin 10%-i onun hesabına geri qayıdacaq.

Əmanətçilər üçün yüksək faizli depozit

Pullarınızı daha yüksək faizlə və etibarlı banklardan birinə əmanət etmək istəyirsinizsə, Unibank doğru seçiminizdir. 31 oktyabradək Unibanka manat depoziti yerləşdirən hər kəsə bankdan illik əlavə 2% hədiyyə ediləcək. Aksiya çərçivəsində  “Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 12%-ə, “Yığım” və “Proqressiv” depozitinin faiz dərəcəsi ilə illik 10%-ə yüksəlib. 

Bundan başqa, indi Unibankda manatda əmanət hesabı açanlar, əmanətin 1 illik faizini elə hesab açdıqları gün də götürə bilirlər. Bankın manat valyutasında “Faizlər əvvəlcədən”  adlı yeni əmanət növündə müştəriyə əmanət üzrə hesablanmış faizləri əmanət hesabını açdığı gün götürmək imkanı verir. Əmanətin illik faiz dərəcəsi 9%-dir (7% + 2% hədiyyə).

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Unibankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir.Həmçinin, bankın paytaxt və bölgələrdə yerləşən bu filiaları şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir:

Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 14 saylı filial (Beş mərtəbə); 13 saylı filial (“İnşaatçılar”); 9 saylı filial (ASAN 1 Kommunal); “Gənclik” filialı; “Nərimanov” filialı; “Əcəmi”; “Neftçilər”; 10 saylı filialı (“Əhmədli”); 17 saylı (“Sahil”); 19 saylı filial (“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan”; “Sumqayıt”.

Region filiallarından: “Gəncə”; “Kəpəz”; “Şəmkir”;“Tovuz”; “Bərdə”; “Mingəçevir”; “Quba”; “Şəki”.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

 

Unibank- hər kəsin bankı!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment