1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı
19.10.2018

Baki, FinanceTime.  “Azercell Telekom” MMC interneti məktəblilər üçün təhlükəsiz etmək məqsədilə ölkə boyu şagirdlər, müəllimlər və valideynlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlərini davam etdirir. 2018-2019-cu illərdə Bakı ilə yanaşı regionlarda da bu faydalı təşəbbüslə çıxış etməyi hədəfləyən şirkət bu dəfə 1-5 oktyabr tarixlərində Qəbələ şəhərində 5 saylı məktəbdə 123 şagird, 26 müəllim və 21 valideynin iştirakı ilə təlim təşkil edib. Təlimlərdə şagirdlərə internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məsləhətlər, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları haqqında məlumatlar verilib. Ümumillikdə təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir. Məlumat üçün bildirək ki, ötən ildən başlayaraq Azercell-in təşkilatçılığı ilə Bakının bir çox məktəblərində yüzlərlə şagird müəllim və valideynlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlər keçirilir.

 “Azercell Plus Təhlükəsizlik” xidmətinin üstün cəhətlərindən biri İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Bu proqram uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, övladların qoşulduğu qruplardan xəbərdar olmağa, uşaqların yerini müəyyənləşdirmək və onlar üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.

Nəzərinizə çatdıraq ki, 2017-ci ildə Azercell-in xüsusilə Azərbaycanda kiber təhlükəsizliyin təmin və təbliğ edilməsinə dair gördüyü işlər xarici ekspertlər tərəfindən də uğurlu fəaliyyət kimi dəyərləndirilərək, bir sıra beynəlxalq mükafatlara layiq görülüb. 



 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment