1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank SWIFT gpi sisteminə qoşulan ilk bankdır
19.10.2018

Baki, FinanceTime.  Kapital Bank müştəri məmnuniyyətinin artırılması və göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün daha bir yenilik təqdim edib. Bank həm Azərbaycanda, həm də Cənub Qafqaz regionunda ilk dəfə olaraq SWIFT gpi xidmətinə qoşulub.

SWIFT gpi ölkələrarası ödənişlərin sürətini, şəffaflığını və köçürmə zamanı mərhələlərin izlənməsini artırmaqla, xaricə olan ödənişlərdə müştərilərə daha yaxşı xidmət göstərmək üçün yaradılan məhsuldur. Hazırda dünya üzrə 280 bank bu məhsuldan istifadə edir.

SWIFT gpi xidmətinin bir sıra üstünlükləri vardır: ölkələrarası köçürmələri sistem üzərindən izləmək, köçürmə zəncirində prosesləri daha da sürətləndirmək imkanı, vaxta qənaət, köçürmə zəncirində ödəniş prosesinə sərf olunan vaxt və xidmət haqqının tam şəffaf göstərilməsi, böyük vəsaitlərin köçürülməsi zamanı pulun dövriyyəsinin proqnozlaşdırılması və likvidliyin idarə olunmasınınoptimallaşdırılması baxımından hesabatıqlığın daha tez hazırlanması.

Qeyd edək ki, SWIFT İstifadəçilər Qrupunun rəhbəri,Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov, katibi isə Kapital Bank-ın Maliyyə İnstitutları şöbəsinin Beynəlxalq Əlaqələr üzrə meneceri Xəyalə Məmmədovadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment