1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


"AccessBank" "UNEC Business Conversation Club" layihəsini ənənəyə çevirdi
18.10.2018

Baki, FinanceTime.  "AccessBank"ın Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) reallaşdırdığı uğurlu layihələrdən biri ənənəyə çevrildi.

Bankın təşkil etdiyi "UNEC Business Conversation Club" tələbələr tərəfindən böyük maraqla qarşılandığından tərəflər bu layihəni ənənəyə çevirmək barədə razılıq əldə edib. Beləliklə, oktyabr ayının 17-də növbəti "UNEC Business Conversation Club" layihəsinin açılışı baş tutub.

Tədbiri giriş sözü ilə açan UNEC-in "Maliyyə və mühasibat" fakültəsinin dekanı Gəray Musayev təmsil etdiyi ali təhsil ocağı ilə "AccessBank" arasında əməkdaşlıq səviyyəsindən olduqca məmnun olduğunu bildirib: "Hər kəs ilk layihənin necə faydalı olduğunun şahidi oldu. Şübhəm yoxdur ki, bu gün start verdiyimiz layihə də çox faydalı olacaq".

Prorektor Səadət Qəndilova isə bildirdi ki, "AccessBank"ın UNEC-də həyata keçirdiyi layihələr bankın imicinin möhkəmlənməsinə səbəb olub: "Mən şəxsən tələbələrimizin dilindən "UNEC Business Conversation Club" layihəsi barədə ağızdolusu danışmasının şahidi olmuşam və bu məni olduqca məmnun edib.

"AccessBank"ın İdarə Heyəti sədrinin müavini/Baş maliyyə inzibatçısı Albrext Sabelus isə "UNEC Business Conversation Club"ı çox effektiv bir layihə adlandırıb: "Mən özüm də bu layihənin iştirakçısı olmuşam və əminlinklə deyə bilərəm ki, "UNEC Business Conversation Club" həm tələbələrə, həm də "AccessBank"a olduqca böyük fayda verib".

"AccessBank"ın Korporativ Bankçılıq/Marketinq departamentinin direktoru Günay Cəlilova isə qeyd edib ki, budəfəki layihə 10 sessiyadan ibarət olacaq: "Sözsüz ki, ilk layihəmiz olduqca uğurlu alındı. Bununla yanaşı, bizə xeyli təcrübə toplamağa imkan verdi və bu təcrübə bizə şərait yaradır ki, yeni layihəni daha da maraqlı və effektiv edək".

UNEC-in "Xarici dillər" kafedrasının dosenti, "UNEC Business Conversation Club" layihəsinin müəllifi Xavər Hacıyeva: "Biz bu layihə başlayanda heç bilməzdik ki, "UNEC Business Conversation Club" bu qədər uğurlu olacaq. Müəllimin işi öyrətmək, tələbənin işi isə öyrənməkdir. Məni çox sevindirir ki, hər kəs öz işinin öhdəsindən artıqlaması ilə gəldi!"

Qeyd edək ki, "AccessBank"ın dəstək verdiyi və 8 həftə davam edən "UNEC Business Conversation Club" layihəsi çərçivəsində tələbələr ingilis dilinin biznes istiqamətini öyrənib. İELTS mütəxəssisləri ilə yanaşı, bankın əməkdaşları da layihədə iştirak edərək ingilis dilində öz təcrübələri ilə bölüşüb.

Əlavə edək ki, layihədə iştirak edən tələbələr "UNEC Business Conversation Club" davam etdiyi müddət ərzində bankda ekskursiyada olub, hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olub. Həmçinin, layihə bitdikdən sonra tələbələr "AccessBank"da 3 həftəlik təcrübə proqramı keçib və müvafiq sertifikatla təltif olunub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment