1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” ASC yeni tibbi sığorta məhsullarını təqdim edir
18.10.2018

Baki, FinanceTime. Daim müştərilərin məmnuniyyətini düşünən “AtaSığorta” ASC ölkəmizdə mövcud tələbata uyğun olaraq fiziki şəxslər üçün nəzərdə tutulmuş “Səyahət paketi”, “Tələbə paketi”, “Fiziki şəxslərin sığortası” və “Ailə paketi” adlı yeni tibbi sığorta məhsullarını sığorta sektoruna təqdim edir.

Turizmlə bağlı sığorta məhsuluna tələbatı nəzərə alaraq yeni “Səyahət paketi” məhsulu yaradılmışdır. Bu məhsul ölkə daxilində səyahət edən vətəndaşlar və xaricdən gələn qonaqlar üçün nəzərdə tutulub. “Səyahət paketi” təcili baş verən halların və xəstəliklərin müalicəsinə təminat verir. Tibbi yardıma ehtiyac yaranan zaman bu məhsul ilə sığorta olunanlar ölkəmizin bölgələrində, o cümlədən paytaxtda müalicə olunmaq imkanı qazanırlar. Qiymətlər səyahət günlərinin sayına uyğun olaraq hesablanır.

“Tələbə paketi” yerli və xaricdən ölkəmizə təhsil almaq üçün gələn tələbələr üçün nəzərdə tutulub. Ali təhsil müəssisələri tələbələri üçün bu məhsulu əldə etməklə,  tələbələr kiçik bir məbləğ qarşılığında gözlənilməz hadisələr zamanı tibbi yardımla təmin olunmalarına nail ola bilərlər. Bu paket üzrə 5 cür qiymət təklifi mövcuddur. Qiymətlər təminat verilən risklərin əhatəsindən asılı olaraq dəyişir.

Həmçinin, vətəndaşların çoxsaylı müraciətləri əsasında fiziki şəxslərin fərdi qaydada sığortalanması üçün “Fiziki şəxslərin sığortası” və ailələr üçün nəzərdə tutulan “Ailə paketi” adlı yeni tibbi sığorta məhsulları hazırlanıb. Hər iki məhsul üzrə bir neçə qiymət təklifi hazırlanmışdır. Qiymətlər təminat verilən risklərin əhatəsindən asılı olaraq dəyişir. Ailə və ya qrup şəklində sığorta olunan zaman sərfəli qiymətlər təklif edilir.

“AtaSığorta” ASC 100-ə yaxın  klinika və apteklərlə əməkdaşlıq edir və bu siyahı günü-gündən genişlənir. Sığorta olunanlar müqavilə müddəti ərzində həmin klinikalarda müalicə olmaq imkanı əldə etmiş olurlar. Həmçinin, sığorta olunanların ailə üzvlərinə əməkdaşlıq etdiyimiz klinikalarda sığorta təminatına daxil olmayan xidmətlər üzrə 50 %-dək endirimlər tətbiq olunur.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 milyon manata yaxın aktivlərə malik olmaqla 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. “AtaSığorta” həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment