1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanın yeni turizm brendi təqdim olundu
18.10.2018

Baki, FinanceTime. Bu gün 18 oktyabr 2018-ci ildə Bakı Konres Mərkəzində Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ilk Milli Turizm Sammiti keçirilir. 

Tədbirinin birinci hissəsində Azərbaycanın yeni milli turizm brendinin təqdimatı ilə yanaşı, yeni marketing strategiyası, qarşıya qoyulmuş məqsədlər, hədəflər və planlar haqqında məlumat verildi.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentlinin sədri Fuad Nağıyev qurumun 6 aydır fəaliyyət göstərdiyini, bu qısa müddət ərzində turizm sahəsinin əsas istiqamətləri üzrə görülən işlər, həmçinin turizm təhsili, ixtisaslı kadr hazırlığı, statistikanın yaxşılaşdırılması, xidmət sahəsinin təkmilləşdirilməsi, turizmdə müasir informasiya texnologiyalarının tətbiqi, hədəf bazarlarda nümayəndəliklərin açılması kimi məsələlərlə bağlı gələcək planlar haqqında məlumat verdi. 

Daha sonra Azərbaycanın qlobal bazarda tanıdılması üçün ilkin addım olaraq hazırlanan yeni turizm brendi təqdim olundu. 

Yeni brendin əsas simvolları bir-birilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüar olacaq. 

Azərbaycanın yeni turizm loqosu olan “a”  hərfi “Azərbaycan” sözünün ilk hərfi olmaqla yanaşı, öz formasına görə də brendin mahiyyətini çatdırır. Loqo daim yenilənəcək və təqdim olunacağı platformaya uyğunlaşdırıla biləcəkdir. Azərbaycanın yeni turizm brendinin “Yenidən fərqli baxışla bax” (“Take another look” – ing.) olan əsas şüarına uyğun olaraq diqqətlə və yenidən baxdıqda loqo barədə daha dəqiq təsəvvürə malik olmaq mümkündür.

Yeni brend dünyanın brendinq üzrə tanınmış şirkəti “Landor” tərəfindən hazırlanıb. Şirkət bir sıra ölkələr və beynəlxalq şirkətlər üçün brendin yaradılması üzrə çoxillik və uğurlu təcrübəyə malikdir. 

Azərbaycanın turizm brendinin hazırlanması prosesində 100-dən çox müxtəlif peşə sahibəri ilə müsahibə xarakterli araşdırma aparılıb və bu strateji proses 5 ay davam edib. 
 
Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək “Dünya Səyahət Bazarı” (London WTM) sərgisində baş tutacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment