1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı BVF və Dünya Bankı qrupunun illik yığıncağında iştirak edib
16.10.2018

Baki, FinanceTime.  12-14 oktyabr 2018-ci ildə İndoneziyanın Bali adasındakı Nusa Dua bölgəsində Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı qrupunun illik yığıncağı təşkil edilib. Yığıncaqda Cənubi Qafqaz regionunun aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankı da təmsil olunub.

Dünyanın aparıcı maliyyə qurumlarından, özəl sektordan, qeyri-hökumət təşkilatlarından, beynəlxalq akademik çevrələrdən nümayəndələrin qatıldığı yığıncaqda qlobal maliyyə sistemindəki duruma, dünyanın iqtisadi mənzərəsinə diqqət yönəlib. Sosial-iqtisadi inkişaf, yoxsulluğun aradan qaldırılması, qlobal ticarət, insan kapitalı, maliyyə-vergi sahəsində rəqəmsal həllər və s. bu kimi məsələlər müzakirə edilib. Birgə effektiv fəaliyyət üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.

Yığıncaqda iştirak edən Azərbaycan Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, bankın Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib: “Müxbir əlaqələrin qurulması, beynəlxalq ticarətin maliyyələşdirilməsi,müştərilərə geniş bank xidmətlərinin göstərilməsi baxımından Azərbaycan Beynəlxalq Bankı regionda çox böyük rol oynayır. Xarici maliyyə institutları, qlobal ödəniş sistemləri ilə bank sıx əməkdaşlıq əlaqələrinə malikdir. Bu cür platformalarda iştirak da beynəlxalq tərəfaşlıq əlaqələrimizin daha da inkişafına xidmət edir. İndoneziyada keçirilən tədbir bu baxımdan kifayət qədər məhsuldar oldu”.

Onun sözlərinə görə, yığıncaq çərçivəsində dünyanın bir sıra aparıcı maliyyə qurumlarının, o cümlədən “Citi Group”un, “Lazard” şirkətinin rəhbər vəzifəli şəxsləri ilə görüşlər olub, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment