1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı “Global İnfluencer Day” tədbirinin keçirilməsinə dəstək göstərəcək
16.10.2018

Baki, FinanceTime.  “Global İnfluencer Day” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə 26-30 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə olaraq təşkil etdiyi “İnnovasiyalar həftəsi” çərçivəsində “Keepface DMCC” və “FA International Trade Events”in təşkilatçılığı ilə oktyabrın 27-də baş tutacaq. Müasir dövlət bankı olaraq innovativ inkişafa daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı da bu tədbirin bank sponsorudur.

“İnnovasiyalar həftəsi”ndə yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq imkanı yaradılacaq. Konfranslar, forum və yarışlar, sərgi keçiriləcək. Beləliklə, bu tədbirlər ölkəmizdə informasiyalı cəmiyyətin inkişafına, rəqəmsal texnologiyaların tətbiqinə, innovasiyaların əhatə dairəsinin genişlənməsinə töhfə verəcək. 

“Global İnfluencer Day”də dünyanın ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot Sofia da iştirak edəcək. Sofia təşkilatçıların dəvətini artıq “qəbul edib” və hazırda ölkəmizə səfərə hazırlaşır. O, Bakıda görüşünə gələnləri ana dilimizdə salamlamaqdan ötrü indi Azərbaycan dilini öyrənir. Beləliklə, “Global İnfluencer Day”ə gələnlər dünyanın bu ən ağıllı robotu ilə ünsiyyət qura biləcəklər.

Sofiadan savayı, “Global İnfluencer Day”ə dünyanın 30 müxtəlif ölkəsindən hər birinin 1 milyondan çox izləyicisi olan “influencer”lər qatılacaq. Yada salaq ki, “influencer” - yaratdığı faydalı məzmunla özünə geniş izləyici auditoriyası toplamış, onları yönləndirmə və inandırma gücünə malik istedadlı şəxslərdir. Aktiv, innovativ brendlər “influenser”lər vasitəsilə öz hədəf auditoriyalarına çıxış əldə edir, öz xidmət və məhsullarını tanıda bilirlər. Onlar üçün Bakının gəzməli-görməli yerləri, milli mətbəximizlə tanışlıq üçün kontent-tur təşkil ediləcək. Bu isə qlobal arenada Azərbaycan haqqında geniş məlumat paylaşımı, ölkəmizin dünyada daha da tanınması deməkdir. Azərbaycan Beynəlxalq Bankının “Global İnfluencer Day”ə sponsorluq dəstəyi də onun qlobal əhəmiyyəti və cəmiyyətimizin gələcəyinə faydalarından irəli gəlir.

Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı,Azərbaycan Respublikasının Turizm Agentliyi, “ADA” Universiteti, Azərbaycandakı ABŞ Ticarət Palatası, Azərbaycan Konqreslər Bürosu, CELA və CAMCA şəbəkələri də “Global İnfluencer Day”ə dəstək verir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment