1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Könüllülər dayanıqlı cəmiyyət formalaşdırırlar” mövzusunda müsabiqə keçiriləcək
15.10.2018

Baki, FinanceTime. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, o cümlədən BMT-nin Könüllülər Proqramı, ADA Universiteti və “Coca-Cola” şirkətinin birgə tərəfdaşlığı ilə “Könüllülər dayanıqlı cəmiyyət formalaşdırırlar” mövzusunda müsabiqə keçiriləcək.

Müsabiqənin məqsədi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.7.5-ci yarımbəndinə əsasən gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsidir. Həmçinin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə birgə tədbirlərin gücləndirilməsi və könüllülük fəaliyyətinin təbliğidir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər öz fəaliyyətlərini ifadə edən hekayə, şəkil, video olmaqla 3 kateqoriyadan biri üzrə müraciət edə bilərlər.

Münsiflər heyəti tərəfindən dəyərləndirilən 10 ən yaxşı müraciət seçiləcək. Əsas meyarlar kimi isə müraciətin könüllülük fəaliyyəti ilə bağlılığı, aydınlığı, keyfiyyəti, orijinallığı və kreativliyi, həmçinin ümumi bədii təəssürat, auditoriyaya çatdırılan mesaj nəzərə alınacaq.

Müraciətlərin qəbulu 10 noyabr tarixinədək davam edəcək və qaliblər 5 dekabr tarixində “Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuş Forumda mükafatlandırılacaqlar.

Müsabiqənin qalibləri üçün mükafat fondu nəzərdə tutulub.

Ətraflı məlumat: bkg2018.asanschool.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment