1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bankın yeni "Landmark" filialının açılış mərasimi baş tutmuşdur
15.10.2018

Baki, FinanceTime. Ölkənin aparıcı banklarından biri PAŞA Bankın Bakıda yeni "Landmark" filialının açılış mərasimi baş tutmuşdur.

Açılış mərasimində çıxış edən PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Əməliyyat inzibatçısı Cəlal Orucovun qeyd etdiyi kimi, bu vaxtdan etibarən Bankın bütün filiallarında müştərilərə universal bank xidmətləri göstəriləcək.

“Müştərilərimizin istəklərini nəzərə alaraq, həm yeni, həm hazırda fəaliyyət göstərən filiallarda korporativ sektor və kiçik və orta sahibkarlıq nümayəndələri, eləcə də PAŞA Bankın əməkhaqqı kart sahibləri olan fiziki şəxslərə xidmət göstəriləcək. Bankın bütün filiallarında olduğu kimi “Landmark” filialında da müştərilərimizin hər birinə fərdi yanaşma göstəriləcək», - deyə C. Orucov qeyd etmişdir.

Qeyd edək ki, yeni filialın istifadəyə verilməsi çərçivəsində PAŞA Bankın “Port Baku” filialının fəaliyyətinin formatı dəyişdiriləcək. Operativliyin daha da gücləndirilməsi və göstərilən xidmətin keyfiyyətinin artırılması çərçivəsində bu filialda xidmət ilə təmin olunan korporativ müştərilərə “Landmark” filialında xidmət göstəriləcək. Bankın “Port Baku” filialında Private Banking müştərilərinə, eləcə də PAŞA Bank əməkhaqqı kartlarına sahib olan fiziki şəxslərə xidmət göstəriləcək.

PAŞA Bankın yeni filialı Nizami küçəsi, 96E ünvanında, “Landmark I” biznes mərkəzində yerləşir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment