1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Naxçıvan Muxtar Respublikasında təhsil alan 5 tələbə “Nar”-dan təqaüd alacaq
15.10.2018

Baki, FinanceTime. Elm və təhsilin inkişafına dəstəyi ilə seçilən “Nar”-ın Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində elan etdiyi Təqaüd proqramının nəticələri məlum oldu. Beləki, informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan, xüsusi fərqlənən və təhsildə yaxşı nəticələr göstərən 5 tələbə “Nar” tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaq.

2018-2019-cu tədris ilində təqaüd alacaq tələbələr aşağıdakılardır:

1.     Seyidova Aytən Rəsul qızı, Naxçıvan Dövlət Universiteti, İnformasiya Texnologiyaları ixtisası, 3-cü kurs

2.     Hüseynliİnci İsgəndər qızı, Naxçıvan Dövlət Universiteti, İnformasiya Texnologiyaları ixtisası, 3-cü kurs

3.     Mahmudova Aytac Rəsul qızı, Naxçıvan Dövlət Universiteti, İnformasiya Texnologiyaları ixtisası, 2-ci kurs,

4.     Qəhrəmanova Sevil Qəhrəman qızı, Naxçıvan Universiteti, Riyaziyyat və informasiya ixtisası, 3-cü kurs

5.     Qəmbərov Allahqulu Zəfər oğlu, Naxçıvan Universiteti, Riyaziyyat və informasiya ixtisası, 4-cü kurs

Təqaüd proqramının qalibləri ilə görüşündə “Azerfon”un mətbuat xidmətinin rəhbəri Əziz Axundov onlara uğurlar arzulayıb və bildirib ki, təhsil və maariflənmənin inkişafı“Nar”-ın xüsusi önəm verdiyi sahələrdən biridir: ““Bu təşəbbüsümüzün tələbələrə yeni bilik və bacarıqları əldə etmələri və gələcəkdə uğurlu karyera qurmalarına dəstək olacağına əminəm. “Nar”-ın təqaüd proqramı növbəti illərdə də davam edəcək”.

Təqaüd proqramı, ilkin olaraq, Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Gələcəkdə digər bölgələr və paytaxt Bakı universitetlərinin tələbələri üçün də aylıq təqaüdün verilməsi planlaşdırılır.

Qeyd edək ki, tələbələr üçün təqaüd proqramının elan edilməsi “Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində reallaşıb. “Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment