1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Palata vətəndaşlara iki xidmət təqdim etdi
15.10.2018

Baki, FinanceTime.  Maliyyə Bazarlarına Nəzarət Palatasıda yenilənmiş 966 Çağrı Mərkəzinin və i-Map informativ xəritə xidmətinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimini açan Palatanın mətbuat katibi Elşən Allahverdiyev bildirib ki, təqdim olunan 966 Çağrı Mərkəzi vətəndaşların suallarının operativ, keyfiyyətli cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin qəbulu məqsədilə fəaliyyətə başlayıb və fasiləsiz xidmət göstərəcək.

Çox kanallı, 3 dildə cavablandırmanı təmin edən, ölkənin bütün stasionar və mobil şəbəkə operatorlarından zəng qəbul edəcək 966 Çağrı Mərkəzinin mütləq hədəfi maliyyə xidmətlərinin istehlakçılarının, həmçinin çağrı mərkəzinə müraciət ünvanlayanvətəndaşların xətdə gözləmə müddətini minimuma endirməklə sorğu və suallarının cavablandırılmasını təmin etməkdir. Çağrı Mərkəzinin yaradılmasında əsas prioritet Palata ilə əlaqənin əlçatan olmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə nail olmaqdan ibarətdir.   

Bildirilib ki, fasiləsiz fəaliyyət göstərməsi və daxil olan bütün zənglərin qeydiyyata alınması üçün Çağrı Mərkəzinə insan resurslarını cəlb olunub, həmçinin Mərkəz xüsusi proqram təminatı, ən son avadanlıqlar və serverlərlə təchiz olunub.

E.Allahverdiyevin sözlərinə görə, vətəndaşlar və ölkəmizə səfər etmiş turistlər arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, maliyyə qurumlarının filial və şöbələrinin rahat tapılması üçün yeni informativ xəritənin yaradılmasına zərurət yarandığı müəyyən edilib. Bununla əlaqədar olaraq, ölkənin bütün regionlarında fəaliyyət göstərən bank, BOKT, ATM, valyuta mübadiləsi məntəqələrin, sığorta şirkətlərinin və “Azərpoçt” milli poçt operatorunun filial, şöbə və ofislərinin əlaqə məlumatlarını özündə əks etdirən i-Map informativ xəritə yaradılıb. Xəritədəişğal olunmuş Azərbaycan ərazilərinin adları və turistlər üçün faydalı ola biləcək əsas turistik istiqamətlər barədə məlumat yerləşdirilib. Vətəndaşlar və ölkə qonaqları məkandan asılı olmayaraq i-Map informativ xəritənin köməyilə maliyyə xidmətlərini göstərən təşkilatların ünvanları, əlaqə telefonları, iş saatları və digər faydalı məlumatları rahatlıqla əldə edə biləcəklər.

Yaxın gələcəkdə informativ xəritədə bir neçə yeni funksiyaların tətbiq edilməsidə nəzərdə tutulur.

Qeyd edək ki, Palatanın rəsmi internet səhifəsinə daxil olmaqla xəritənin imkanlarından faydalanmaq mümkündür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment