1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell ilə dünyanı daha gözəl görün!
11.10.2018

“Dünya Görmə Günü”ndə Azercell-dən pulsuz göz müayinəsi

Baki, FinanceTime. Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə oktyabr ayının ikinci cümə axşamı hər il Dünya Görmə Günü (World Sight Day) kimi qeyd edilir. Korluğun qarşısının alınması üzrə Beynəlxalq Agentliyin məlumatına əsasən, dünyada təqribən 300 milyona yaxın insanın gözlə bağlı problemləri vardır. Onların 39 milyonu görmə qabiliyyətini tamamilə itirib. Görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 1,5 milyon uşaq tam korluqdan əziyyət çəkir. Dünyada hər il görmə problemləri olan insanların sayı 45 min artır. Həkimlərin rəyinə görə, vaxtında müdaxilə olunarsa, korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Gözlərin müayinəsi və eynəklərlə təminat nəticəsində yer kürəsində 153 milyon insanın həyatı dəyişə bilər. İnsanların rifahına və gələcək nəslin sağlam böyüməsinə yönəlik bır sıra sosial təşəbbüsləri dəstəkləyən və fəaliyyəti boyunca bu yöndə layihələr həyata keçirən “Azercell Telekom” MMC-nin ”Mobil Göz Klinikası” il boyu olduğu kimi, təqvimdəki bu gün münasibətilə də növbəti səfərə çıxıb. Belə ki, şirkətin dəstəyilə ilə yaradılan və artıq 7 ildir fəaliyyət göstərən “Mobil Göz Klinikası”nın həkimləri 11 oktyabrda Zabrat qəsəbəsində yerləşən sosial sığınacaq və reabilitasiya müəssisəsində oftalmoloji müayinə keçiriblər. Klinkanın həkimləri qaçqın və məcburi köçkünləri, şəhid ailələrini, onların uşaqlarını, xəstə və kimsəsiz, xüsusi ehtiyacı olan azyaşlıları, uğursuz ailədən olan uşaqları, ahılları, əlilləri müayinə ediblər.

Qeyd edək ki, 2011-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan “Mobil Göz Klinikası” Bakı şəhəri daxil olmaqla Azərbaycanın əksər rayonlarında uşaq və ahıllar evlərini, məktəbləri ziyarət edir.

2017-ci ildə Azercell “Mobil Göz Klinikası”nda Bakı və bölgələrdən 1426 nəfər pulsuz göz müayinəsindən keçib. 7 il ərzində isə 6063 nəfər bu unikal layihədən yararlanıb.








     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment