1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Bank BTB”nin “Mastercard”ları ilə alış-veriş et, “Disneyland Paris”ə səyahət şansı qazan!
11.10.2018

Baki, FinanceTime.   “Bank BTB” “Mastercard”la əməkdaşlıq çərçivəsində müştərilərinə “Disneyland Paris”ə ailəvi səyahət imkanı yaradır.

“Bank BTB”nin “Mastercard” debet və kredit kartları ilə “Priceless Specials” tərəfdaşlarından alış-veriş edən hər bir müştəri lotereyada iştirak etmək haqqı qazanacaq. Daha çox alış-veriş edən müştərinin lotereyada qalib olma şansı artacaq. Kampaniya çərçivəsində lotereya iştirakçıları başqa dəyərli hədiyyələr də əldə edəcəklər. Belə ki, 5 qalibə “iPhone X” təqdim olunacaq.

“Disneyland Paris”ə səyahət şansı əldə edən lotereya iştirakçısına 4 nəfərlik yaşayış yeri (2 böyük və 2 uşaq) (Disney otelində 2 gecə/3 gün üçün 1 otaq), hər iki parka giriş biletləri, VİP sürətli keçid (sırada gözləməmək üçün), 820 Avro dəyərində qida, içkilər və alış-veriş vauçeri (4 nəfərə qədər ailə üçün), uçuş biletləri təqdim olunacaq.

Kampaniyada iştirak etmək üçün qeydiyyatdan keçmək tələb olunmur. Kampaniya “Priceless Specials” proqramına daxil olan satış və xidmət nöqtələrində tərəfdaş bankın POS-terminallarından “Bank BTB”yə məxsus “Mastercard” və ya “Maestro” kartı ilə ən azı 1 manat məbləğində ödəniş edən müştərilərə şamil olunur. “Priceless Specials” tərəfdaşlarının siyahısı ilə www.mastercard.az saytında tanış olmaq mümkündür.

Lotereya noyabrın 30-dək davam edəcək.

Qeyd edək ki, “Bank BTB” sərfəli qiymətlərlə “MasterCard” beynəlxalq ödəniş sisteminin kartlarını təklif edir. Bank kartları vasitəsilə nağd pul vəsaitlərini daha rahat və təhlükəsiz şəkildə saxlamaq mümkündür. Həmçinin, müştərilər plastik kartlarla dünyanın istənilən nöqtəsində vəsaitlərini nağdlaşdıra, POS-terminal vasitəsilə nağdsız əməliyyatlar, internet üzərindən isə onlayn ödənişlər həyata keçirə bilərlər. Kart əldə etmək istəyən müştərilər “Bank BTB”nin istənilən filial və şöbəsinə müraciət edə bilərlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment