1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Biznes Forum barədə anons
10.10.2018

Baki, FinanceTime. Cari ilin noyabr ayının 2-də Hyatt Regency otelində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının sədri olan Azərbaycan Sahibkarlar  Konfederasiyası (ASK) tərəfindən  Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafına həsr edilmiş Beynəlxalq Biznes Forum təşkil olunacaqdır. Forumda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin sahibkarları, biznesə dəstək təşkilatları Azərbaycanda olan real investisiya imkanları, hal-hazırda icra edilən investisya layihələri haqqında yaxından tanış olacaq, habelə sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin artırılması məqsədilə B2B görüşlər təşkil ediləcəkdir.

Məlum üçün qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 1992-ci il iyunun 25-də İstanbul şəhərində da 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə yaradılmışdır. Hazırda Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna bu nüfuzlu beynəlxalq təşkilatın üzvləridir. Qurumun əsas məramı çoxtərəfli siyasi-iqtisadi əməkdaşlıq modeli kimi regional siyasi problemləri həll etmək, habelə bölgəyə sülh və əmin-amanlıq gətirməklə yanaşı üzv ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirməkdən ibarətdir. Məhz təşkilatın üzv dövlətləri arasında biznes əlaqələri inkişaf etdirmək məqsədilə QDİƏT Biznes Şurası fəaliyyət göstərir. Azərbaycan Sahibkarlar  Konfederasiyası (ASK) bu ilin iyul ayının 1-dən etibarən 6 müddətinə Biznes Şuraya sədrlik edəcəkdir.

İqtisadiyyat və jurnalistika tələbələri üçün keçiriləcək praktiki təlimə qeydiyyat müddəti başa çatır

13 oktyabr 2018-ci il tarixində “Məsuliyyətli borclanma” mövzusunda keçiriləcək tələbələrarası məqalə müsabiqəsi çərçivəsində praktiki təlim təşkil olunacaq. Təlim 2 mövzunu əhatə edəcək:

* “Hər bir jurnalist bunu bilməlidir”

* “Məsuliyyətli Borclanma”

Təlimin keçiriləcəyi yer: Yapı Kredi Bank Azərbaycan QSC-nin Baş ofisi, Bakı şəhəri Nəsimi rayonu, 628-ci məhəllə, Cəlil Məmmədquluzadə küçəsi 73 G.

Tarix və saat: 13 oktyabr 2018-ci il, saat 10:30 Qeydiyyat: https://goo.gl/forms/CdkWGao5mEFFJ4lg1

Qeydiyyat müddəti 12 oktyabr, saat 12:00-da başa çatır. Yerlər məhduddur.

Xatırladaq ki, Azərbaycan Banklar Assosiasiyasının rəsmi mətbu orqanı olan “Banklar və Biznes” Qəzeti (BBN.az), Yapı Kredi Bank Azərbaycan QSC-nin təşkilati dəstəyi ilə Həsən bəy Zərdabinin anım gününə hərs edilmiş “Məsuliyyətli borclanma” mövzusunda tələbələrarası məqalə müsabiqəsi elan edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment