Baki, FinanceTime. 08 oktyabr, 2018-ci il tarixində Bakı Fond Birjasında “BOKT Embafinans MMC”-nin AZ2001020604 ISIN-li, 2.000.000 mln AZN həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Yerləşdirmə zamanı hərrac qiyməti 1000,00 AZN olmuşdur. 1investor tərəfindən1 sifariş təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2.000.000,00 AZN olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 2mln.AZN təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 8 oktyabr 2019-cu ildir.